Vasif Talıbov icra başçısına birinci müavin TƏYİN ETDİ

63

Babək Rayon İcra Hakimiyyəti başçısına birinci müavin təyin edilib.

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov Sərəncam imzalayıb.

Sərəncama görə, Heydər Həsən oğlu Əliyev Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.