“VAQNER”İ RUSİYA HƏRBİ KƏŞFİYYATI İDARƏ EDİR – Burada Afrikanın 16 ölkəsindən muzdlular təmsil olunur

384

Bu, bir ucu Rusiya prezidenti Putinin yaxın adamı Priqojinə gedib çıxan şirkətlə üst-üstə düşən “qaranlıq qruplaşmadır”

Putinin “Vaqner” muzdlu ordusunun çoxdandır ki, xaosdan başı açılmır. Xatırladaq ki, “Vaqner” ilk dəfə 2014-cü ildə Ukraynanın şimalında gedən müharibədə meydana çıxmışdı. Daha sonra Putinin bu muzdlu ordusu Rusiyanın sərhədlərindən kənarda hayata keçirdiyi bir çox hərbi müdaxilələrdə “İsveç bıçağı” oldu. Hətta Rusiya prezidenti bu qrupdan seçkilərə müdaxilələr zamanı, eləcə də qızıl mədənləri və cəbhə xəttində müharibələrdə də istifadə etdi.

İndi koronavirus fazasında “Vaqner” öz zədələnmiş reputasiyasını bərpa etmək üçün yeni yol tapıb: koronavirus yardımlarının çatdırılması. “Hizbullah” da daxil olmaqla, bir sıra muzdlu qrupların da etdiyi kimi, zəif dövlətlərə humanitar yardımın çatdırılması ictimai diqqətin onlara yönəldilməsini və onların varlığının normal qəbul edilməsini təmin edir.

Apreldə “Vaqner”in təhlükəsizlik koordinatoru Evro Polis Suriya dövlət mediasının verdiyi və Dəməşqdəki rus səfirliyinin vebsaytında yazılan bilgiyə görə, Suriyaya əlli ventilyator, on min koronavirus testi, iki min ədəd qoruyucu geyim dəsti çatdırıb. Hansı ki, görüntülərdə çatdırılmanın “Rusiyadan çoxlu sevgiylə” etiketli olduğu göstərilir.

“Biz sosial yönümlü şirkətik. Kömək etmişik, kömək edirik və kömək edəcəyik” deyə şirkətin təmsilçisi İldar Zaripov mətbuat konfransında bildirib və deyib ki, bu yardıma Suriyadakı Rusiya səfiri Aleksandr Yefimovun da qatqısı olub.

 Rusiya tibb cihazları yalnız Suriyaya göndərilmir

ABŞ hərbi rəsmisi “Foreign Policy”ə bildirib ki, Rusiya hökuməti test kitləri, tibbi personal və tibbi ləvazimatlar olmaqla Əlcəzair, Konqo Demokratik Respublikası, Misir və Qvineyaya koronavirus yardımları göndərib. Pandemiyanın ilk günlərində Rusiya ABŞ da daxil olmaqla müxtəlif ölkələrə koronavirus yardımı göndərib. Ekspertlər bunun “Rusiyanın PR kartı” olduğunu söyləyiblər.

Aprel ayında Sudan Xəbərlər Agentliyi “Vaqner”ə bağlı “Meroe Gold” kompaniyasının baş meneceri Mixail Potyopkinin bəyanatına istinad edərək bildirdi ki, kompaniya Sudana sosial məsuliyyət proqramı çərçivəsində qoruyucu ləvazimat, tibbi və digər avadanlıq göndərməyi planlayır.

Yardımla bağlı xəbərləri ilk fərq edən Müdafiə Tədqiqatları Mərkəzinin proqram direktoru Cek Marqolin bildirir ki, yardımın həqiqətən çatdırılıb-çatdırılmadığı bəlli deyil. Marqolin deyir ki, “Vaqner”ə bağlı qurumlar humanitar yardım vədi verərək fəaliyyət göstərdikləri ölkələrdə özlərinə rəğbət qazanmağa çalışırlar.

“Onlar özlərini Afrikanın inkişafında maraqlı olan Çinin özünü göstərməyə çalışdığı kimi və ya Amerika imperializmindən fərqli olan partnyor kimi göstərməyə çalışırlar”, o deyir. Əgər “Vaqner” özünə simpatiya yaratmaq istəyirsə, deməli, onun reputasiyası pis vəziyyətdədir.

Humanitar yardım “Evro Polis”in ənənəvi fəaliyyətindən uzaqdır, çünki onun muzdluları Suriyada 2017-ci ildə bir vətəndaşın başını kəsməkdə və işgəncə ilə öldürməkdə ittiham olunurdu.

2018-ci ilin fevralında ABŞ və Rusiya muzdlu qüvvələri Suriyanın Deyri Ezzor bölgəsində toqquşdu və bu Soyuq Müharibədən bəri iki ölkə arasında ən böyük toqquşma idi. 200-dən 300-ə qədər rus muzdlusu öldürüldü. Ehtimala görə, onların əksəriyyəti “Evro Polis”ə işləyirdi. “Vaqner”ə bağlı bir çox qurum kimi, “Evro Polis” də hərbi və biznes fəaliyyətlərini qoşa aparır və onların Suriyanın Dövlət Neft Şirkəti ilə razılaşma imzaladıqları bildirirlir. Məlumata görə, bunun əvəzində bölgədən ixrac edilən neft və qaz gəlirlərinin 25%-ni əldə ediblər, hansı ki, bu vəsait bölgəni İŞİD-dən tam azad edə və qoruya bilərdi.

“Rusiyadan gələn muzdlular Suriya xalqının maraqlarına məhəl qoymayan və onun qoyduğu qaydaları qoruyan Bəşər Əsədin qonaqları qismində zorakılıqlar törədirlər”, deyə ABŞ Dövlət Departamentinin rəsmisi bildirir. “Onların varlığı bölgədə qeyri-sabitliyi artırır, humanitar böhranı dərinləşdirir və Suriya xalqının əzablarını uzadır”, deyə o, əlavə edir.

Liviyada “Vaqner” qrupunun addımbaşı fəaliyyətləri ABŞ rəsmilərini get-gedə daha çox narahat edir. Keçən həftə Konqresə verilmiş rüblük hesabatda Müdafiə Departamentinin Şimali Afrikadakı əməliyyatlar üzrə baş müfəttişi deyir ki, Liviyada Xalifa Hatarın tərəfində döyüşən 800-2500 arası “Vaqner” döyüşçüsü var. ABŞ-ın Afrika komandanlığı, başqa sözlə “Afrikom” “Vaqner” qrupunun Liviyadakı əməlləri haqda açıq danışdı və keçən həftə rus muzdlularının Tripoli ətrafında minalar və partlayıcı qurğular yerləşdirməklə atəşkəs səylərini pozmaqda günahlandırdı. Komandanlıq eyni zamanda “Rusiya hökumətinin maliyyələşdirdiyi muzdlular”a kömək üçün Liviyaya uçan rus təyyarələrinin görüntülərini paylaşdı.

ABŞ Dəniz Korpusu Briqadasının generalı, “Afrikom”un əməliyyat direktoru Bradford Gering yayımlanan fotolarla bağlı açıqlamada bildirir ki, “Rusiyanın Liviyada artan müdaxiləsi zorakılığı artırır və problemin sülh yolu ilə həllini əngəlləyir”. “Rusiya Moskvanın birbaşa rolunu danmaq və hamını çaşdırmaq üçün Afrikanın ən azı on altı ökəsindən olan adamları – Muzdlu Döyüşçü Müqaviləçiləri “Vaqner”ə cəlb edir”, deyə “Afrikom”un təmsilçisi deyir:

“Hətta Rusiya bizim Afrikalı tərəfdaşlarımıza əks-terrordan müdafiə xidməti göstərmək üçün muzdlulardan istifadə edərək Afrika ölkələrini sarsıda biləcək təbii sərvətlərin talan olunmasına dair müqavilələr bağlayır. “Vaqner” qrupunu biabır edən digər bir ironiya budur ki, onun mövcudluğunun sübutu yoxdur. Üstəlik, bu, bir ucu Rusiya prezidenti Putinin yaxın adamı Priqojinə gedib çıxan şirkətlə üst-üstə düşən “qaranlıq qruplaşmadır”.

Bernard Kollecinin siyasi elmlər professoru Kimberly Marten deyir ki, ““Vaqner” sadəcə muzdlu ordu deyil, çünki əlimizdə olan sübutlar göstərir ki, “Vaqner” məhz Rusiya hərbi kəşfiyyatına və GRU-ya bağlıdır. Bildiyimiz qədər bu xüsusiyyətinə görə dünyada təkdir”.

ABŞ Priqojinə Rusiya troll fabriki olan İnternet Araşdırma Agentliyi vasitəsilə ABŞ seçkilərinə müdaxilə səbəbindən sanksiya tətbiq edib. 2018-ci ildə “Evro Polis” Priqojinin şirkətə nəzarət etdiyi üçün ABŞ sanksiyasına məruz qaldı.

Sudana yardım planlaşdıran “Meroe Golda” məxsus “Tae” qrupunun aid olduğu ana şikət – M İnvest ilə birgə 2019-cu il 15 iyuda sabiq Sudan prezidenti Omar əl-Bəşiri devirməyi bacarmış nümayişçiləri yönləndirdiyinə görə, ABŞ Xəzinə Departamentinin sanksiyası altına düşdü. Xəzinə Departamentinin bəyanatına görə, “M İnvest” sosial mediada dezinformasiya kampaniyası aparmaq planları cızır və etirazçıların diqqətini yayındırmaq üçün “toplu linc kampaniyası” tərtibləyir.

“Yevgeni Priqojin və onun şəbəkəsi Sudanın təbii resurslarını şəxsi mənfəətləri üçün istifadə edir və dünyada zərərli təsiri yayırlar”, – ABŞ Xəzinə Katibi Stiven Mnuçin son bəyanatda bildirib.

İndi ABŞ rəsmiləri “Vaqner”in Liviyaya xaos yaymasının qarşısını almaq üçün Avropalı həmkarlarını qara siyahıya uyğunlaşmağa məcbur edirlər. Bununla ABŞ Rusiyanın NATO-nun cənub sərhədlərində fəallığının artmasını müşahidə altında saxlayır.

Keçən həftə Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə yardımçısının katibi Devid Şenker Avropa ölkələrini “Vaqner”i və ABŞ-ın Liviyaya ordu göndərməsinə qoyduğu embarqonu pozan ölkələri geri oturtmaq üçün yetərli iş görməməkdə ittiham edib: “Avropanın görəcəyi daha çox iş var. Məsələn, onlar Vaqner qrupunu araşdıra bilərlər. Əgər onlar bunu ortaya çıxarmaq üçün böyük rol oynamazlarsa, onda bu iş sürüklənərək davam edəcək”.

Tərcümə etdi: Ülviyyə ŞÜKÜROVA

Mənbə: “Foreign Policy”