“Vaqner” muzdlusu Xmeymimdəki itkilərindən danışdı: “Hər yer cəsədlə dolu idi”

819

Hurriyyet.org xəbər verir ki, Rusiyanın özəl muzdlu hərbçi şirkəti olan “Vaqner”də qulluq edən Marat Qabidullin Suriyadakı Xmeymim hərbi bazasının cəsədlərlə dolu olduğunu söyləyib. Ölənlərin sayı ilə dəqiq rəqəm söyləməyən Qabidullin deyib: “Bir nəsildən digərinə, bir rejimdən digərinə miras qalan yeganə irsimiz həqiqətləri qəsdən hamıdan və hətta özümüzdən belə gizləməkdir”.

“Vaqner” şirkəti Suriyadakı müharibədə 2015-ci ildən bəri iştirak edir. Yüzlərlə muzdlu hərbçinin müxtəlif müharibə meydanlarında ölməsi və ABŞ ordusu ilə üzbəüz döyüşmək məcburiyyətində qalması ilə yanaşı, “Vaqner” Kreml ilə əlaqələri olmasına rəğmən, hələ də fəaliyyətini gizli şəkildə davam etdirməyə çalışır. Vaqnerin sıralarına adi əsgər kimi daxil olduqdan sonra hərbi kəşfiyyat komandiri olan Marat Qabidullin Suriyadakı fəaliyyətləri ilə bağlı rusdilli “Meduza” elektron qəzetin müsahibəsində Rusiyanın Suriyadakı Xmeymim hərbi bazasında çox sayda cəsəd olduğunu və bazada sırf cəsədləri saxlamaq üçün bir ədəd soyuducu olduğunu deyib. 2019-cu ildə Xmeymin bazasında xidmət etmiş Qabidullin həm də müxtəlif döyüşlərdə ölən “Vaqner” muzdlularının cəsədlərini yerbəyer etməkdə məsul edib. Qabudillin deyib: “Adamlarımızın burada layiqli və şərəfli şəkildə dəfn ediləyəcəyi realığı ilə qarşılaşdım. Xmeymim bazasında çox seçimimiz yox idi – sadəcə ölülər üçün soyuducu vardı, vəssalam.  Suriyalıların cənazələrinin isə yuyulmaları üçün Latakiyadakı xəstəxanalara çatdırılması lazım idi. Sonra cənazələrin sinkdən hazırlanmış qədimi tabutlar, ardından fanet tabutlara qoyulması lazım idi. Cənazələrə hörmət əlaməti olaraq, dəfn edilməzdən əvvəl onların bədənlərini normal hala gətirmək üçün imkan yox idi. Bu işin bu qədər çətin olacağı ağlıma gəlməzdi. Neçə nəfər bu şəkildə dünyasını dəyişdi? Dəqiq rəqəm söyləmək dövlət qurumlarının mənə qarşı iddia irəli sürmələri üçün səbəb ola bilər. Lakin bir çox insan öldü”.

Kremlin bu itkiləri gizlətməsinin səbəbi barəsində suala cavab verən Qabidullin deyib: “Bir nəsildən digərinə, bir rejimdən digərinə miras qalan yeganə irsimiz həqiqətləri qəsdən hamıdan və hətta özümüzdən belə gizləməkdir”.