“Vahid media qurumunun yaradılması vacibdir” – MEDİA RƏHBƏRLƏRİNDƏN MARAQLI TƏKLİF

    6

    Mehman Əliyev: “Azərbaycanda vahid informasiya məkanı bağlıdır”

    Elçin Şıxlı:“Mənim işimə heç kim müdaxilə edə bilməz”

    “Azərbyacanda keyifiyyətli, məsuliyyətli, azad, özünü tam idarə edən media qurumları yaratmaq üçün içtimai və dövlət maraqlarını əks etdirən belə bir qurum lazımdır”

    Azərbaycanda medianın durumu demək olar ki, daima müzakirə mövzusu olaraq qalmaqdadır. Çünki Kütləvi İnformasiya Vasitələrinə (KİV) bir neçə qurumun – Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) nəzarət etməsi medianın fəaliyyətinə mənfi təsir göstərir. Əslində, mediaya nəzarət olmamalıdır, media azad, müstəqil olmalıdır. Televizyalar demək olar ki, hakimiyyətin nəzarətindədir və bu səbəbdən də ancaq hakimiyyətin maraqlarını ifadə edir. Müstəqil ekspertlərin, müxalif siyasilərin televizyaya çıxış imkanları yoxdur, hökumətin siyasətini sağlam tənqid telekanallarda müşahidə edilmir, maarifləndirici verilişlər isə yox səviyyəsindədir. Demək olar ki, Azərbaycan telekanalları gecə-gündüz xarici telekanllardan oğurladığı şou xarakterli proqramlarla tamaşaçıları əyləndirməklə məğuldurlar. Təbii ki, tamaşçısı əylənən millət də düşünə bilməz. Bir xalqın, millətin inkişafı üçün isə düşünən beyinlər lazımdır.

    Mətbuat və internet mediasına gəlincə, adı çəkilən qurumların müdaxiləsi həmin KİV-lərə də öz təsirini göstərir, medianın müstəqilliyi, azadlığı məhdudlaşdırılır. Doğrudur, hökumət KİV-lərə dəstək olur, maliyyə yardımı ayırır, amma həmin yardımların əvəzində KİV-lərdə dərc olunan bəzi materilların çıxarlması üçün yeri gələndə təzyiq edirlər ki, bu da mətbuat, söz azadlığının qarşını almaqdır.

    O baxımdan, bu gün digər sahələrdə olduğu kimi, Azərbaycan media sahəsində də islahatlara ehtiyac var ki, yaranmış problemlərin qarşısı alınsın. Media sahəsində islahatlar deyəndə, söhbət bu sahəyə nəzarət üçün yox, media siyasətini, medianın dövlət təhlükəsizliyində rolunu tənzimləyən vahid bir qurumun yaradılmasından gedir. Necə ki, vaxtilə Mətbuat və İnformasiya Nazirlyi kimi qurum mövcud idi. Bu gün də elə bir vahid qurum yaradıla bilər. Ola bilsin ki, o vaxtı həmin qurum özünü doğrulda bilməyib, ona görə ləğv edilib. Hökumət rəsmiləri 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin fəaliyyətinin dayandırılmasını dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edilməsi kimi təqdim etsələr də, əslində, bu gün dövlət mətbuat üzərində daha sərt nəzarət edir. O baxımdan, Mətbuat və İnformasiya Nazirliyinin fəaliyyətinin dayandırılmasını dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edilməsi kimi təqdim etmək ancaq auditoriya üçün səslənmiş fikirlərdir. Əslində, mediaya nə Mətbuat və İnformasiya Nazirliyi, nə də indiki qurumlar kimi mətbuat üzərində nəzarət edən qurumlar deyil, sadəcə, dövlətin media siyasətini şəffaf həyata keçirən, azad sözə müdaxilə etməmək şərtilə, mediadakı nöqsanları tənzimləyən vahid qurumun yaradılması vacibdir.

    Vahid bir qurumun yaradılması həm də dövlətin xərclərinin azaldılması deməkdir. Doğrudur, mətbuata nəzarət etdiyi üçün Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin saxlanılmasına ayrıca vəsait sərf olunmasa da, Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası, KİVDF-nin saxlanıması üçün dövlət vəsaiti israf olunur ki, bu da əlavə vəsait itkisidir.

    Yeri gəlmişkən, ADP sədri Sərdar Cəlaloğlu da müsahibələrinin birində ölkədə mətbuat sahəsində çox ciddi problemlərin olduğunu vurğulayıb: “Ölkə başçısı idarəetmə islahatları həyata keçirir. Bildiyiniz kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə mətbuat nazirliyi var idi. Lakin sonradan həmin nazirlik ləğv edildi və faktiki olaraq üç müxtəlif idarəetmə oldu. Biri İnformasiya və Texnologiyalar Nazirliyi, digərləri isə Mətbuat Şurası və Milli Televiziya və Radio Şurasıdır. Yəni bu gün faktiki olaraq mətbuat üzərində üç müxtəlif dövlət qurumunun təsiri var. Onların fəaliyyəti isə bir-biri ilə əlaqələndirilmədiyinə görə, ölkədə həm televiziya, həm elektron informasiya vasitələri, həm də qəzetlərlə bağlı vəziyyət olduqca acınacaqlıdır. Təsəvvür edin ki, Mətbuat Şurası Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin tərkib hissəsindədir. Baxın, əgər bir hökumətin siyasətini həyata keçirən şöbə həm də mətbuata nəzarət edirsə, həmin dövlətdə mətbuat necə azad ola bilər? Hesab edirəm ki, İnformasiya və Texnologiyalar Nazirliyi, Mətbuat Şurası, o cümlədən Milli Televiziya və Radio Şurasının mətbuatla bağlı səlahiyyətləri əlindən alınıb, mütləq Azərbaycan prezidenti yanında kütləvi informasiya vasitələri ilə bağlı xüsusi şöbə yaradılmalıdır. Həm qəzet və jurnallar, həm saytlar, həm də televiziyalar bura tabe olmalıdır. Eyni zamanda, ölkə başçısının informasiya, mətbuat siyasəti həmin şöbədə aparılmalıdır. Əks halda, Azərbaycan mətbuatı, televiziyalar məhv olacaq, vətəndaşların informasiya hüquqları kobud surətdə pozulacaq. Düşünürəm ki, mətbuat siyasətini ictimai-siyasi şöbəyə həvalə etmək, Azərbaycan mətbuatının inkişafının qarşısındakı ən ciddi əngəllərdən biridir. Odur ki, Prezident Administrasiyasında aparılacaq islahatlardan biri də məhz bununla bağlı olmalıdır”.

    “Dövlətin səhv siyasəti nəticəsində televiziya kanalları cəmiyyətə heç bir təsir göstərə bilmir”

    Картинки по запросу Mehman Əliyev

    “Turan” İnformasiya Agentliynin rəhbəri Mehman Əliyev “Hürriyyət”ə dedi ki, adları çəkilən qurumların mediaya müdaxiləsi qeyri-qanunidir: “Media siyasəti, informasiya siyasəti, informasiya təhlükəsizliyi məsələləri üçün vahid bir qurumun yaradılması vacibdir. Bu gün demək olar ki, dövlətin səhv siyasəti nəticəsində televiziya kanalları cəmiyyətə heç bir təsir göstərə bilmir. Yəni informasiya məkanında bu gün 67 faiz baxış Türkiyədir, böyük hissəsi Rusiyadır, Azərbaycan telekanllarına baxışlar mütəxəssislərin rəyinə görə 20 faiz civarındadır. Bu da o deməkdir ki, bizim informasiya məkanı başqa dövlətlərin də təsiri altına düşür. Bu, reallıqdır.

    Çap mediasını isə oxuyan yoxdur. Ona görə, onun da xalqa təsiri yoxdur.

    İnternet media da çox pis gündədir. Çünki hökumətdən asılıdır, təzyiq altındadır, idarə olunur. Ona görə də obyektiv informasiyanı almaq üçün insanlar üzlərini sosial şəbəklərə tuturlar. Artıq sosial şəbəkələr də paralel informasiya dünyasına çevirilib. Demək olar ki, Azərbaycanda vahid informasiya məkanı bağlıdır. Bu isə illərlə aparılan səhv siyasətin nəticəsidir. Əslində, bu da çox böyük təhlükə yaradır”.

    “Sağlam siyasətin aparılması şərtilə vahid bir qurumum yaranması vacibdir”

    “Əlbəttə ki, sağlam siyasətin aparılması şərtilə bu vəziyyəti normallaşdırmaq, sağlamlaşdırmaq, normal informasiya münsibətlərini qurmaq, mətbuat və dövlət arasında münasibətləri qorumaq, maarifçilik işləri, cəmiyyəti maraqlandıran, aktual məsələlərlə bağlı düzgün informasiyanın çatdırılması və insanların zövqünü, istəyini təmin etmək üçün belə bir vahid qurumum yaranması vacibdir. Başqa mənada bu mənasızdır və əslində, heç onu etmək də lazım deyil”, – deyə “Turan”ın rəhbəri qeyd etdi.

    “Bu vaxta qədər yaradılan qurumlar pislikdən başqa heç bir fayda verməyib”

    M.Əliyev vurğuladı ki, mediaya nəzarət etmək yox, media ilə işləmək lazımdır: “Mən dediyim məsələləri həll etmək, sağlamlaşdırmaq və Azərbyacanda keyifiyyətli, məsuliyyətli, azad, özünü tam idarə edən media qurumları yaratmaq üçün içtimai və dövlət maraqlarını əks etdirən belə bir qurum lazımdır. Ancaq başqa məsələlər üçün, yenə deyirəm, mənasızdır. Çünki bu vaxta qədər yaradılmışdır və pislikdən başqa heç bir fayda verməmişdir”.

    “Prezdent Adminstarsiyanın ictimai-siyasi şöbəsi müdaxilə etməyə çalışır”

    Картинки по запросу Elçin Şıxlı

    “Ayna”-“Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxılı isə hesab edir ki, heç bir nazirliyin yaradılmasına ehtiyac yoxdur: “Doğrudur, müdaxilə etməyə çalışırlr. Milli Televiziya və Radio Şurası hər halda olmalıdır. Qanunda olan müəyyən məqamlar var, onlara nəzarət etməlidir, öz işini görür. Mətbuat Şurasıdır, istəsə də, mənim işimə heç kim müdaxilə edə bilməz. KİVDF-dir, o da müdaxilə edə bilməz. Çünki mən ondan asılı deyiləm. Prezdent Adminstarsiyanın ictimai-siyasi şöbəsi müdaxilə etməyə çalışır, o da eləsin. Amma Mən nazirliyin yaradılmasının tam əleyhinəyəm. Nazirlik var idi, nazirliyi Heydər Əliyev boş yerə ləğv etmədi. O, nə etdiyini yaxşı bilirdi. Heç bir nazirliyə ehtiyac yoxdur. Ümumiyyətlə, KİV-in işini idarə etməyə heç bir ehtiyac yoxdur. Sadəcə olaraq jurnalist qurumları var, jurnalistlər özləri həmkarlar təşkilatı kimi yığışıb, nəsə iş görə bilərlər”.

    “Media idarə olunursa, o media deyil”

    E. Şıxlı qeyd etdi ki, medianın idarə olunmağı məfhumunun, mediaya nəzarət sözünün özü onun üçün qəbuledilməzdir: ““Media haqqında qanun” var və qanunlar tənzimləyici rol oynaya bilər, ondan artıq heç nə olmamalıdır. Medianı idarə etmək mümkün deyil. Əgər media idarə olunursa, o media deyil. Söz azadlığı var, media kənd təsərrüfatı deyil ki, onu idarə edəsən. Kənd təsərrüfatının özünü də idarə etmək lazım deyil, onu da tənzimləmək lazımdır. Bizdə hər şey idarə etmək “xəstəliyindən” irəli gəlir. Hər şey qanunlarla tənzimlənməlidir, idarə etməyə heç bir ehtiyac yoxdr, avtomobili idarə edərlər”.

    “Media biabırçı gündədir”

    E.Şıxlı diqqətə çatdırdı ki, müəyyən qurumlar mediaya müdaxilə etməyə çalışırlar: “Onlar mediaya müdaxilə etməyə çalışdıqları üçün də mediamız bu gündədir. Media biabırçı gündədir. Mediaya müdaxilə olmamalıdır. Media qanunlara uyğun tənzimlənməlidir. 2003-cü ildən bəri “Mətbuat haqqında qanun”a az qala 100 dənə dəyişilik olunub. Bu, nə qanundur?! Yəni bu, birbaşa müdaxilədir. Amma müdaxilə olmamalıdır”.

    “İctimai-siyasi şöbə mənim yazdığıma niyə müdaxilə etməlidir?”

    “Siz düşünürsünüz ki, nazirlik müdaxilənin qarşısını alacaq? Əksinə, nazirlik sizi idarə edəcək və müdaxilə edəcək, deyəcək lisenziya almalısan, deyəcək ki, filan şeyi niyə yazdın, filan şeyi niyə pozdun? Ona görə, nazirliyə heç bir ehtiyac yoxdur. Müdaxilə olursa, qarşısındakının sözünə sən niyə baxırsan? İctimai-siyasi şöbə mənim yazdığıma niyə müdaxilə etməlidir? O ancaq deyə bilər ki, mən bununla razıyam və yaxud narazıyam. Kimdi ki, mənim yazdığımı, mənim qəzetimdən və yaxud saytımdan çıxardır, ona o səlahiyyəti heç kim verməyib. O müdaxilələrin hamısı qeyri-qanunidir”,-deyə baş redakotor vurğuladı.

    Şamo EMİN, Hurriyyet.org