Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır

345

II Qarabağ Müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsindən sonra, demək olar ki, 30 ildir yurd həsrəti ilə yaşayan bütün məcburi kəçkünlərimiz və qaçqınlar öz döğma torpaqlarına geri dönmək həsrətinə əlvida deməyə başlayıblar. Onu da qeyd edək ki, dövlət səviyyəsində işğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK DÖNÜŞ üçün müvafiq infrastkruktular hazırlıq işlərinə başlamışlar. Minalardan təmizlənən ərazilərimizdə elektrik enerjisi xətlərinin, içməki su və təbii yanacaq qaz kəmərlərinin, telefon-rabitə sisteminin çəkilişi, yeni yolların salınması üçün çalışan idarələr gecə-gündüz bilmədən quruculuq işlərini davam etdirirlər. O da bəllidir ki, əzəli və doğma torpaqlarına geri dönmək üçün vətəndaşlar siyahıya alınmış və onların yerləşim üçün xüsusi layihələr də hazırlanmaqdadır. Bu möhtəşəm quruculuq işləri barəsində rəsmi KİV-lərdə gündəlik vətəndaşlara məlumatlar da verilir. Beləliklə dövlət səviyyəsində işğaldan azad olunmuş ərazilərimizdə vətəndaş cəmiyyətinin formalaşması prosesi də canlanmaqdadır.

Güclü dövlət strategiyasının uğurlu nəticəsi

Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə və minimal itkilər verərək qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq.

Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları  alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və öz amalına ovuşacaq.   Dövlətimizin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da hərbi qələbəni siyasi-ictimai qələbə kimi möhkəmlədirəcək və Vətən məsələsində yumruq kimi olacaq.

Hökumətin Qarabağa böyük dönüş üçün planı tamamlanmaqdadır

Azərbaycan ordusu sentyabrın 27-də başlayan döyüşlərdə  Füzuli, Tərtər, Cəbrayıl, Zəngilan, Qubadlı bölgələrini və Dağlıq Qarabağda kəndləri olan Hadrut şəhərinin Ermənistan tərəfindən işğal edilmiş geniş ərazilərini azad edib. Bu bölgələrdən olub televiziya kanallarında çıxış edən azərbaycanlı qaçqınlar 1992-1994-cü illərdə qaçmağa məcbur olduqları yaşayış məntəqələrinə qayıtmaq niyyətlərini bildiriblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirib ki, qurumun məcburi köçkünlərin Qarabağa kütləvi qayıtması üzrə planı var. Planda köçkünlərin sayı, daşınması üçün tələb olunan avtobusların sayı və köçürülmə yerləri nəzərə alınır. Geri qayıtma prosesi Daxili İşlər Nazirliyinin iştirakı ilə qanunun aliliyi və vətəndaşların Bakıda və Azərbaycanın digər şəhər və kəndlərində müvəqqəti yaşadıqları illərdə əldə etdikləri daşınmaz əmlak hüquqlarına uyğun olaraq həyata keçiriləcək.

Füzuli rayonundan millət vəkili, Milli Məclisin Əmək və Sosial Siyasət Komissiyasının üzvü Vüqar Bayramov mətbuata verdiyi müsahibədə insanları Qarabağa köçməzdən əvvəl bölgələrin aqrar imkanlarını yerindəcə qiymətləndirmək, əraziləri minalardan təmizləmək və azad olunmuş bölgələrin infrastrukturunu yaratmaq lazım olduğunu izah edib. Orada yaşayış, inzibati və sosial binalar tikilənə, iş yerləri açılana qədər gözləmək lazım gələcək. İlk növbədə Ermənistanın hərbi təcavüzü nəticəsində bu bölgələrdən çıxarılmış və hal-hazırda yataqxanalarda yaşayan vətəndaşlar oraya köçəcəklər. Onu da qeyd edək ki, hər bölgə üçün xüsusi dövlət proqramı hazırlanır. İnfrastruktur və yaşayış məskənlərinin salınması və texniki məsələlər araşdırılır. 2016-cı ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən və ən müasir standartlar çərçivəsində necə bərpa olunması artıq bir model kimi dəyərləndirilir. Bu cür yanaşma tərzi vətəndalarşımızı məmnun edəcək səviyyədə həyata keçəcək.

Azad olunmuş rayonlarımızın bərpası böyük ümidlərə gedən yoldur

 

Faktiki olaraq, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat uğurla icra edilir. Artıq cəbhədə tam sakitlik bərpa olunub, atəşkəs təmin edilib, rayonlar Azərbaycana qaytarılıb, Rusiya sülhməramlıları bölgədə yerləşdirilib, atəşkəsə nəzarət üzrə Türkiyə–Rusiya birgə mərkəzi yaradılıb. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də Azərbaycana qaytarılacaq.
Təbii ki, işğaldan azad edilmiş torpaqlarda mövcud mənzərə çox acınacaqlıdır. Hər tərəf dağıdılıb, infrastruktur məhv edilib, binalar sökülüb, inzibati binalar yerlə-yeksan edilib. İşğaldan azad edilmiş bötün bölgəlrimizdə vəziyyət eynidir. Hazırda həmin ərazilərdə yaşamaq üçün şərait yoxdur. Ölkə prezidenti İLham Əliyev problemlə bağlı  deyib: “Biz bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün  addımları atacağıq. Bildiyiniz kimi, ilk layihələr artıq icra edilməyə başlanmışdır. Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılmışdır. Füzuli–Şuşa avtomobil yolunun, Bərdə–Ağdam dəmir yolunun tikintisi artıq başlanmışdır”.
Qeyd etməliyik ki, azad edilmiş rayonların iqtisadi potensialı, kənd təsərrüfatı, eləcə də turizm potensialı çox böyükdür. Prezident İlham Əliyev qeyd edib ki, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik. Bunun üçün bütün addımlar atılacaq. Bu isə həmin bölgələrdə yaşayan insanlar, o cümlədən, Eyni zamanda, artıq bölgədə yeni reallıq yaranıb. Bu reallığı Azərbaycan yaradıb.
Düşmən torpaqlarımızdan qovulub. Azərbaycan 27 ildən bəri kağız üzərində qalmış BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirib: “Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Noyabrın 10-da imzalanmış bəyanatda göstərilən məsələlər əgər bu gün öz həllini taparsa, onda bölgəmizdə yeni əməkdaşlıq çərçivələri yaradılacaqdır”. İnanırıq ki, dövlət başçısının rəhbərliyi ilə Azərbaycan xalqı erməni vəhşiləri tərəfindən dağıdılmış rayonlarımızın bərpasını uğurla həyata keçirəcək. Əldə olunmuş böyük qələbədən sonra, hesab edirik ki, bu prosesdə bütün xalqımız yaxından iştirak edəcək. Aparılan sosioloji araşdırmalar sübut edir ki, dogma torpaqlarına geri dönmək üçün məcburi köçkünlər vətəndaş cəmiyyətinin bir parçası olduqlarını və dövlətin bu yöndə atdığı hər bir addımı ruh yüksəkliyi ilə təqdir edirlər. Vətən torpaqlarının işğaldan azad edilməsinə necə inanırlarsa, oradakı quruculuq işlərində iştirak etmək üçün hər an hazırdırlar.

Böyük dönüşə böyük ümidlərin reallığı

Məcburi köçkünklərin dogma torpaqlarına geri dönüşünün bir sıra üstünlükləri vardır:
1. Ərazi bütövlüyümüz tamamilə bərpa olunur,
2. Əhalinin əksəriyyətinin işlə təmin olunması üçün böyük imkanlara meydan açılır,
3. Kənd təsərrüfatının inkişafı sayəsində dövlətimizin daha da zənginləşməsi, daxili ərzaq ehtiyatına olan ehtiyacın aradan qaldırılması prosesləri vüsət götürür,
4. Rayonlarımızda yeni iqtisadi infrastukturların sayəsində qeyri neft sektorunun daha da sürətlə inkişafına təkan verilir və s.
Azərbaycanın işğaldan azad etdiyi ərazilərin böyük iqtisadi potensialı var. Bu ərazilər həm aqrar üstünlüyü, xammal bazası, emaledici sənaye istehsalı baxımından fərqlənən rayonlarımızdır. Həmin ərazilərimizin imkanları orada iqtisadiyyatın daha tez bərpa olunmasına şərait yaradacaq. İşğaldan azad edilən ərazilərimizin kənd təsərrfüatı potensialı kifayət qədər böyükdür. Nəzərə alaq ki, Füzuli, Ağdam rayonları işğaldan əvvəlki dövrlərdə pambq, taxıl, üzüm istehsalına görə aparıcı rayonlar sırasında idilər. Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanda heyvandarlıq çox inkişaf etmişdi. Daxili ət istehsalında bu rayonlarımızın payı kifayət qədər böyük idi.

İşğaldan azad edilmiş ərazilər həm də böyük xammal bazasına malikdir. Həmin rayonlarımızda qızıl, mis, civə, dəmir, mərmər və eləcə də inşaat materialları üçün xammal bazası var. Göründüyü kimi, bu rayonların sənaye, həm kənd təsərrfüatı potensialı var, xammal bazası, təbii resursları olduqca böyükdür. Bütün bunlar imkan verəcək ki, bərpa prosesindən sonra qısa zamanda həmin ərazilərimizin iqtisadiyyatı inkişaf edə bilsin. İşğaldan azad olunan ərazilərdə iki iqtisadi rayon yerləşir – Yuxarı Qarabağ və Kəlbəcər Laçın iqtisadi rayonları. Bu rayonların iqtisadi potensialı, o cümlədən ölkə üzrə ümumi daxili məhsudakı potensial payının qiymətləndirilməsi göstərir ki, bərpa prosesindən sonra həmin rayonlarımızda iqtisadiyyatın 8 dəfə artması mümkündür. Bu, bir tərəfdən ona imkan verir ki, həmin rayonlarımızın iqtisadiyyatı sürətli şəkildə artısn və inkişaf etsin.

Vətəndaş cəmiyyətinin bundan sonrakı inkişaf tempi məhz bu sahədə xüsusi önəm daşıyacaq. Çünki, artıq işğal olunmuş ərazi problemləri arxada qalıb. Dövlətin və cəmiyyətin baxışlarının üst-üstə düşməsi bu prosesin inkişafına böyük bir təkandır.
İstənilən ölkədə vətəndaş cəmiyyətinin inkişafı dövlətin apardığı islahatlar və siyasi proseslərə bağlıdır. Bu mənada Azərbaycanda II Qarabağ Müharibəsi dönəmində və sonrakı mərhələdə ruh yüksəkliyi ilə inkişaf edir. Xüsusilə KİV-lərdə cəmiyyətin bütün təbəqələrinin vahid mövqedən çıxış etməsi, idarəetmə strukturlarında əvvəllər bir qədər xoşagəlməz hallara səbəb olan bürokratik əngəllər tamamilə aradan qaldırılıb. Vətəndaşların sorğularına mövcud strukturlar vaxtında reaksiya verməyə başlayıbdır.
İşğal olunmuş bölgələrimizin azad edilməsi Azərbaycan cəmiyyətində dövlət anlayışı məsələsində yeni mərhələnin təməli olaraq görülür. Bunun özü demokratik cəmiyyət təfəkkürünün ayrılmaz parçasıdır.

“Hürriyyət”