Vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolu

75

Gənclər cəmiyyətin ən fəal və təşəbbüskar təşkil edir. Gənclik mənsub olduğu xalqın müasir simasını əks etdirməklə yanaşı, onun perspektiv inkişaf potensialının formalaşdırılmasında da mühüm rol oynayır. Əsrlər boyu Vətənə sədaqət, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmuş Azərbaycan gəncləri XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpa edilməsi, ermənilərin Azərbaycana qarşı törətdikləri hərbi təcavüzə qarşı mübarizənin ön sıralarında olmuşlar. Təsadüfi deyil ki, ölkəmizin azadlığı və suverenliyi uğrunda şəhid olanların əksəriyyətini gənclər təşkil edirlər. Onlar respublikamızın ən gərgin dövrlərində əlində silah Vətənin müdafiəsinə qalxmaqla yanaşı, ictimai-siyasi proseslərdə də fəallıq nümayiş etdirmişlər. Bu gün Azərbaycanda kökklü şəkildə aparılan islahatlarda gənclərə xüsusi yer ayrılması və onların dövlət quruculuğunun inkişafında irəli çəkiıməsi bird aha sübut edir ki, gəncliyə diqqət daha artıbdır.

Dövlət müstəqilliyinin bel sütunu olan gəndclik

Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması, həmçinin hüquqi, demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi ilə bağlı vəzifələr gənclərimizin milli maraqlar əsasında səfərbər olunmasını, eyni zamanda, onların harmonik inkişafını təmin etməyə imkan verən dövlət siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini meydana gətirmişdir. Gənclik cəmiyyətin ən dinamik, yeniliyə və inkişafa açıq olan, daim irəliyə can atan, həssas və qayğıya ehtiyacı olan təbəqədir. Ona görə də dövlət bu təbəqəyə xüsusi diqqət yetirməli, onların problemlərinin həllini ümdə vəzifə saymalıdır. Bu istiqamətdə həyata keçirilən zəruri işlərdən biri gənclər siyasətinin əsaslı şəkildə yenidən qurulması oldu. 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin təsis edilməsi ilə gənclərə dövlət qayğısı yönündə yeni imkanlar yarandı.
Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini gücləndirmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Forum ölkəmizin qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində gənclərin aktiv iştiraka hazır olduğunu nümayiş etdirdi.
Bu möhtəşəm toplantıdan bir il sonra 1997-ci il fevralın 1-də mərhum ölkə prezidenti Heydər Əliyev Forum iştirakçılarından bir qrupunu qəbul etdi, bir il müddətində görülən işlər təhlil edildi, əsas problemlərin həlli yolları müzakirə olundu və mühüm qərarlar verildi. Görüş zamanı prezidentin sərəncamı ilə 2 fevralın Gənclər Günü elan edilməsi də önəmli hadisələrdən biri kimi tarixə düşdü.
O dövrdən başlayaraq, ictimai-siyasi proseslərdə fəallıq nümayiş etdirən gəncləri bir araya gətirən forumlar davamlı olaraq keçirilir. İndiyə qədər Azərbaycanda 6 forum keçirilmiş və orada gənclər təşkilatlarının vəzifələri, ictimai-siyasi proseslərdə fəallığı, gənc kadrların dövlət qulluğuna cəlb edilməsi, təhsilin keyfiyyəti, gənc alimlərin perspektivlərinə dair yeni layihələrin həyata keçirilməsi və digər mühüm məsələlər müzakirə olunmuşdur.

Gəncliyə dövlət qayğısı və qanuni baza1999-cu ildə “Gənclər siyasəti haqqında” Fərmanın imzalanması, daha sonra “Gənclər siyasəti haqqında” Qanunun qəbul edilməsi ulu öndərin bu sahəyə xüsusi önəm verdiyini bir daha təsdiqləmiş oldu. Həmin sənədlərin qəbulu gənclərin milli-mənəvi dəyərlərimizin qorunmasında rolunu artırmaq, elmi, intellektual potensialının yüksəldilməsi üçün təhsil islahatları həyata keçirmək, dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq, Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan maksimum səviyyədə yararlanmasına möhkəm əsaslar yaratmaq kimi mühüm vəzifələrin həyata keçirilməsində əhəmiyyətli rol oynadı. Beləliklə də məqsədyönlü siyasət nəticəsində gənclərlə iş sahəsində mükəmməl hüquqi baza və fəaliyyət mexanizmləri formalaşdı.
Ölkəmizdə gənclərlə bağlı həyata keçirilən siyasət təsiqləyir ki, hər zaman gənc nəslə böyük dəstək olmuş, onların daha da inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Bu baxımdan müstəqil Azərbaycanın inkişafı üçün müasir dünyagörüşünə malik, savadlı kadr potensialının formalaşması istiqamətində mühüm addımlar atılmağa başlandı. İlk növbədə bir qrup gənc xarici ölkələrdə təhsil almağa və ixtisasartırma kurslarında iştirak etməyə göndərildi. Təbii ki, ulu öndərin apardığı bu siyasət tez bir zamanda öz müsbət nəticələrini göstərdi. Modernləşməni, dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil olmağı hədəf seçən ölkəmizdə son 10 ildə güclü iqtisadi potensial və intellektual resurslar formalaşmışdır. 2003-2012-ci illər ərzində ÜDM-in orta illik artımı 13 %, qeyri-neft sektorunda 10, 6 % olmuşdur. İqtisadiyyat 3 dəfədən çox artmış, onun inkişafına 132 milyard dollar investisiya qoyulmuşdur. Dövlət büdcəsi 19 dəfə, strateji valyuta ehtiyatları 29 dəfə, əhalinin gəlirləri 6,9 dəfə, orta aylıq əmək haqqı 6,3 dəfə, pensiyaların orta məbləği 6,4 dəfə yüksəlmişdir. 1 milyondan çox iş yeri açılmış, yoxsulluğun səviyyəsi 6 faizə, işsizliyin səviyyəsi 5,2 faizə enmişdir.

Azərbaycan dövləti gənclərə yüksək etimad göstərir, diqqət və qayğısını getdikcə gücləndirir. 2005-ci ildə ölkəmizin inkişafı və mənafeyi naminə gənclərin potensialından istifadə edilməsi, onların aktiv fəaliyyətinin təmin olunması, uşaq və gənclər təşkilatlarının formalaşması və inkişafı üçün şəraitin yaradılması məqsədilə “Azərbaycan Gəncliyi Dövlət Proqramını (2005-2009-cu illər)” imzalamışdır. Həmçinin, 2006-cı ildə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilmiş, onun qarşısında yeni vəzifələr qoyulmuşdur. 2007-ci ilin Gənclər ili elan edilməsi gənclərə göstərilən yüksək qayğının təzahürü idi. Gənclər ili çərçivəsində Azərbaycan gənclərinin dövlət hesabına xaricdə təhsil almağa göndərilməsi, gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi, gənclərin beynəlxalq tədbirlərinin ölkəmizdə keçirilməsi və digər mühüm işlər həyata keçirilmişdir.Dövlət proqramları və gəncliyə etimad

“Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər), “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” (2007-2012-ci illər) gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin etdi, gənclərin yaradıcılıq potensialının aşkara çıxarılması və reallaşdırılması üçün lazımi şəraitin yaradılmasına, gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, xüsusi istedadlı gənclərin seçilməsinə və onlarla müvafiq tədbirlərin həyata keçirilməsinə, gənclərin sosial problemlərinin həllinə böyük zəmin yaratdı.


“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur. İndiyədək 2 mindən çox azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu ixtisaslar üzrə müxtəlif təhsil səviyyələri üzrə dünyanın ən qabaqcıl universitetlərində təhsil almış və almaqdadır. Ölkəmizdə idmana xüsusi dövlət qayğısı göstərilir. İdmançılarımız bir sıra olimpiya oyunlarında yüksək nəticələr göstərərək, Azərbaycan bayrağını yüksəklərə qaldırmışlar. Ötən il London Olimpiadasında idmançılarımızın əldə etdiyi yüksək nəticələr – 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanması bunu əyani nümayiş etdirdi.
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul olunması gənclərin inkişafı yönündə növbəti mərhələnin əsasını qoydu. Proqramın əsas məqsədi Azərbaycanda gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssisləri işlə təmin etmək və digər məsələlərdən ibarətdir. 2005-2009-cu illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramına büdcədən 8,4 milyon min manat ayrılmışdısa, yeni proqrama 80 milyon manatdan çox vəsait ayırmaq planlaşdırılır.
Gənclərə ipoteka kreditlərinin verilməsi də dövlət proqramının tərkib hissələrindən biridir. Xüsusilə vurğulayaq ki, ipoteka kreditlərinin verilməsi qaydalarının sadələşdirilməsi ayrıca bənd kimi sənədə daxil edilmişdir. Proqramdan irəli gələrək gənclərin qeyri-hökumət təşkilatlarının və fərdi layihələrinin maliyyələşdirilməsi məqsədilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu dövlətimizin gənclərə olan diqqət və qayğısının ən yüksək təzahürüdür. Fəaliyyət göstərdiyi qısa müddət ərzində fonda dövlət büdcəsindən 10 milyon manat vəsait ayrılmışdır.Gənclər dövlət qulluğuna irəli çəkilirlər

Hazırda gənclər siyasətinin əsas istiqamətlərindən biri də təhsil, idman, əyləncə və digər infrastruktur layihələrin həyata keçirilməsidir ki, bu sahədə də təqdirəlayiq işlər görülmüşdür. Həmin layihələr çərçivəsində tikilən Gənclər evi və mərkəzləri gənclərin inkişafını və maraqlarını təmin etmək, asudə vaxtlarını səmərəli təşkil etmək və onlara sosial dəstək göstərmək məqsədi daşıyır. Gəncliyə göstərilən dövlət qayğısı artıq öz bəhrələrini verməkdədir. Gənclərimiz indi dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə layiqincə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Sevindirici haldır ki, son illərdə dövlət orqanlarına işə qəbul edilənlərin 60 faizindən çoxunu gənclər təşkil etmişdir. Bələdiyyə üzvlərinin də 28 faizi gənclərdir. Onların 300 nəfərindən çoxu bələdiyyə sədridir.

Aydındır ki, müstəqil dövlətimizin gələcək inkişafı, xalqımızın əmin-amanlığı və tərəqqisinin təmin olunması bugünkü gəncliyin üzərinə düşəcəkdir. Bu mühüm missiya onları hər zaman sağlam düşüncəyə üstünlük verməyə, Vətən və xalq qarşısında məsuliyyətini dərindən dərk etməyə səsləyir.

“Hürriyyət”