Vətəndaş cəmiyyətində innovasiya texnologiyasının rolu

348

44 günlük II Qarabağ Müharibəsinin ardından paytaxt Bakıda Azərbaycan və Türkiyə hərbi qüvvələrinin birlikdə keçirdikləri Zəfər Paradı sadəcə Ermənistan üzərində əldə olunan qələbə deyil, həm də regional və beynəlxalq müstəvidə diqqət mərkəzində oldu. Bu möhtəşəm tarixi qələbə təbii olaraq, ölkəmizdə dövlət və vətəndaş cəmiyyəti adına yazılır. Çünki, belə bir həmrəyliyin sonluğu məhz böyük uğurlara imza atılması ilə nəticəni əldə edir. Vətəndaş cəmiyyəti və dövlət anlayışının bütün olması xüsusi xarakter daşımaqla yanaşı, ölkəmizin xaricində yaşayan milyonlarla soydaşımızın da dərin rəğbətini qazanmışdır. Bu kövrək addımların silsilə şəklində inkişaf etdirilməsi bu gün ən çox arzu olunan mövzularımızdan biridir. Təəssüflər olsun ki, indi sosial şəbəkələrdə müharibədə əldə olunan zərəfin dadını çıxarmamış, yenidən saxtakarlıq edərək ara qarışdıran və süni problemlər yaradanlar baş qaldırıblar. Fikrimizcə belə bir yanaşmanın qarşısını almaq üçün, vətəndaş sülhünə gedilən yolla bağlı islahatçı xarakterimizi nümayiş etdirməliyik.

Məqsədli böhtanlar və şüursuz cığallıq

Son vaxtlar ölkə prezidenti İlham Əiiyev II Qarabağ Müharibəsində şücaət göstərmiş bir çox hərbçiləri yeni hərbi rütbələr, bir sırs döyüşüçüləri orden-medallarla təltif etdi. Təbii olaraq, bütün bunlara hərbi hesabatlarda qeyd olunan və əməyi keçənlər üçün nəzərdə tutulan dövlət tədbiri kimi yanaşılmalıdır. Ancaq min dəfələrlə təəssüflər olsun ki, hər yerindən ayağa qalxan öz həmyerlisini göylərə qaldıraraq: “Niyə filankəs general rütbəsinə layiq görüldü, digəri görülmədi?”, “Nədən filankəsə milli qəhrəman adı verildi, ancaq filan komandir görməzlikdən gəlindi?”, “Filankəsin döyüşlər zaman bu qədər uğurlar əldə etməyinə baxmayaraq, o tamamilə yaddan çıxdı.”, “Filankəs bu müharibənin əsil qəhrəmanıdır, bütün bunlara baxmayaraq, bizim bölgəyə iqtidar ögey münasibət bəsləyir.” Bu tip mənasız və məntiqsiz suallar sosial şəbəkələrdə lap yağmur kimi hər gün boş-boşuna yağdırılmaqda davam edir. Biz bütün bunları çox diqqətlə müşahidə etdikdən sonra, bir sıra qənaətlər əldə etdik:
1. Azərbaycan dövlətinə qarşı xaricdən idarə olunan və qələbəmizə sevinməyən qüvvələrə bağlı trollar,
2. Nepotizm düşüncəsinə bağlı olan, dar görüşlü və məhəlli baxışlarla yüklənmiş bəzi insanların yalnışlıqları,
3. Sözdə vətəndaş sülhündən bol-vol danışaraq, əməldə bunu icra etməyən bəzi qüvvələr,
4. Azərbaycanlı imzası ilə sosial şəbəkələrdə fəaliyyət göstərən və əslində virtual aləmdə soydaşlarımız arasında intriqalar yaradan xüsusi şəbəkələr,
5. Azərbaycan Respublikası Konstitusiyasına qarşı çıxaraq, şəriət dövləti yaratmaq istəyən qruplaşmalar,
6. Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılmış “trol şəbəkəsi”,
7. Yalan informasiyaları “həqiqət” kimi qəbul edərək, onun arxasınca sürünənlər
və s.
Əvvəla onu bildirmək gərəkdir ki, yuxarıda qeydo olunan məsələlər tamamilə dövlətin nəzarətindədir. Kimə yeni hərbi rütbə verilməsi, kimin orden-medalla təltif olunması,
kimə milli qəhrəman adının verilməsi, kimin vəzifəsinin artırılması və digər məsələlər reəhbərlik səviyyəsində həll olunur. Sosial şəbəkələrdə fəallıq göstərənlərə sualımız budur ki: “Təriflədiyiniz həmin şəxslərlə müharibə zamanı bir yerdəmi olmusunuz?
Kimin nə kimi şücaət göstərdiyini haradan bilirsiniz?” Bu qədər çüursuzluq da olmaz. Məqsədli şəkildə böhtanlar yağdıranlara inanmamaq üçün, rəsmi xəbərləri diqqətlə təqib etmək gərəkdir. Çünki, biz bu müharibəni həm də vahid informasiya mərkəzinin sayəsində əldə etdik.

Müharibə şəraitində informasiya savaşı

Azərbaycan bir dövlət olaraq, 30 ilə yaxındır Ermənistanın eskpansionist siyasətinin sonucu olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün Vətən Müharibəsi aparırdı. Bu həqiqətin yanında duran və informasiya məkanında bizə dost ölkələr kimi Türkiyə, Pakistan, Pakistan, Qazaxstan, Qırğızstan, Özbəkistan, Türkmənistan,  İsrail, Gürcüstan, Ukrayna, Polşa, Litva, Latviya, Estoniya və digərləri əsil gerçəkləri işıqlandırdılar. Həmin dövlətlərdə Ermənistan və havadarları ilə ölüm-dirim savaşını necə apardığımız barəsində yerli KİV-lər əsil qəhrəmanlıq nümayiş etdirdilər. Bəzi dövlətlər isə, açıq şəkildə Azərbaycana qarşı bilərəkdən mənfi münasibətlərini irəli sürməkdən çəkinmədilər. Hətta birtərəfli olaraq, Ermənistanın işğalçılıq siyasətinin yanında yer aldıqlarını nümayiş etdirdilər. Ermənistanla yanaşı, bu ölkələr də bizə qarşı “dezinformasiyalar” tirajlayırdılar. Fransa, Belçika, Almaniya, Yunanıstan, İran, ABŞ, Hollandiya, Kanada və digər dövlətlər ermənipərəst mövqeləri ilə Azərbaycanı bu müharibədə təkləmək çamuruna bulaşsalar da, sonradan addım-addım həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.
10 noyabr 2020-ci il tarixdə müharibənin Ermənistanın təklifi ilə dayandırılması və “kapitulyasiya” aktını rəsmən qəbul etməsi ilə bağlı SÜLH SAZİŞİ imzalandı. İndi aradan bir aydan da çox zaman ötməsinə baxmayaraq, sosial şəbəkələrdə hələ də “soyuq müharibə” təbliğatları davam edir. Halbuki, dəfələrlə qeyd olunub ki, cəbhə bölgəsi ilə bağlı Azərbaycan tərəfi müvafiq informasiyaları şəffaflığı qorumaqla gündəmə gətirir. Təbii olaraq, bu da öz növbəsində vətəndaş cəmiyyətini sosial-psixoloji baxımdan təmin edir. Vətəndaşların informasiya almaq hüququnu da nəzərə alaraq bu işlər vaxtlı-vaxtında cəmiyyətə çatdıırlır. Bütün bunlara baxmayaraq, hələ də xarici təsir vasitələrinin uydurma informasiyalarına aludə olanlar sosial şəbəkələr vasitəsilə onlara inanaraq, təəssüblər olsun ki, saxta “dezinformasiya”ların ardınca qaçanlarımız vardır. Bir həqiqəti dərk etməliyik ki, 1991-ci il 26 noyabr tarixdə №279-XII saylı qərarla Azərbaycan Respublikası Ali Soveti tərəfindən “Dağlıq Qarabağ Muxtar Vilayəti” ləğv edilib. Bundan əlavə, 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının heç bir qanunu və maddəsində qondarma “Dağlıq Qarabağ Muxtariyyatı” adlı söz və cümlə yoxdur.
II Qarabağ Müharibəsi də məhz bu Konstitusiyasına əsaslanaraq, ölkəmizin işğalçı siyasətinə son qoyaraq ərazi bütövlüyümüzü bərpa etmək üçün aparılıbdır. İndi bunu bir kənara qoyaraq, xarici dövlətlərin və xüsussilə hələ də ölkəmizə qarşı düşmənçilik siyasətindən əl çəkməyən Ermənistanın xüsusi xidmət orüqanları tərəfindən idarə olunan trolların yalançı informasiyaların ardınca sürünmək psixoloji baxımdan onların yanında yer almağa bərabərdir. Ona görə dönə-dönə qeyd edirik ki, Azərbaycanın rəsmi qiurumları və informasiya məkanı var və Qarabağla bağlı bütün həqiqətləri həmin KİV-lərə nəzər yetirmək kifayətdir.

İnformasiya savadlılığı

Sülh dövründə, istər müharibə şəraitində dövlətin, cəmiyyətin təhlükəsizliyini və milli təhlükəsizliyimizi çox önəmli bir məsələ kimi daim diqqətdə saxlamalıyıq. Bu yöndə maarifləndirmə işi artıq insanların peşəkar və qeyri-peşəkar media anlayışını mənimsəməsinə gətirib çıxarda bilər. Sosial mediada hər yazılan xəbər ciddi xəbər ola bilməz. Bunu insanların bilməyi vacibdir. Media savadlılığı cəmiyyətə yönəlik maarifləndirmə prosesidir. Cəmiyyət bilməlidir ki, sosial media və professional media nədir. Yeri gəlmişkən ermənilər bu taktikadan geniş istifadə edirlər: onlar müxtəlif domenlərdən istifadə etməklə, Azərbaycan rayonlarının adlarından ibarət bizim dildə  saytlar yaradır. Onlar bu saytları elə şəkildə təqdim edə bilərlər ki, heç kəsdə şübhə yaranmaz ki, erməni saytıdır. Bu metoddan geniş istifadə edirlər. Media savadlılığı sayəsində onları ifşa etməklə problemi həll olunur. İstifadəçilər biləcəklər ki, hansı informasiyalara və hansı mediaya etibar etmək olar. Hansı medianın verdiyi xəbər mötəbər etibarlı, leqal xəbər sayılır. Ola bilsin ki, kimsə yalançı bir sayt yaratsın, dezinformasiyalar yaysın. Bu da cəmiyyətdə ciddi çaşqınlığa və ajiotaja səbəb ola bilər. Bu metodikalardan xarici xüsusi xidmət və kəşfiyyat orqanları  kifayət qədər istifadə edirlər. Vətəndaş cəmiyyətinin mariflənməsi sayəsində həm də dövlətimizin xarici təhlükədən qorunması, müharibə şəraitində uğurlu qələbələrin təmin edilməsi mümkün ola bilir. II Qarabağ Müharibəsi başlayan kimi, dərhal internet resurslarına çıxışla bağlı müəyyən məhdudiyyətlərin qoyulması məhz bu məqsədə xidmət edirdi.
Qeyd etmək lazımdır ki, Azərbaycan prezidentinin “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” 26 sentyabr 2012-ci il tarixli fərmanı var. Fərman ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, təhlili və qabaqlanması üçün dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin, istifadəçilərin fəaliyyətinin əlaqələndirilməsi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması, ümummilli hazırlığın və maarifləndirmənin təmin edilməsi məqsədilə və tədbirlərin görülməsini nəzərdə tutur. Bunun üçün Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılmış, uyğun hökumət strukturlarına fərmandan irəli gələn vəzifələrin icrası həvalə edilmişdir. Faktiki olaraq, bu sənədi Azərbaycanın İnformasiya təhlükəsizliyi doktrinası kimi qiymətləndirmək lazımdır. Vətəndaş cəmiyyəti və dövlətlə birlikdə olmanın qanunla nizamlanması istiqamətində addımlar atılsa da, hələ də maarifləndirmə işinə böyük ehtiyac var. Xüsusilə sosial şəbəkələrdə Azərbaycanın bir dövlət olaraq mövqeyinin qorunması çox vacibdir.

“Hürriyyət”