Vətəndaş cəmiyyətində dövlət və xalqın vahid ideyası

108

12 iyul 2020-ci il tarixində Tovuz rayonunun ərazisinə, yəni Azərbaycan dövlətinin sərhədlərini pozaraq ərazi bütövlüyümüzə qarşı susi-qəsd avatntürasını həyata keçirmək istəyən Ermənistanın işalçılıq siyasətinə qarşı baş verən olaylar zaman xalq və dövlət birlikdə milli iradəni ortaya qoydu. Bütün siyasi partiyalar, vətəndaş cəmiyyəti və diaspor təşkilatları siyasi görüşlərini bir kənara qoyaraq, Azərbaycan dövlətinin yanında yer aldıqlarını açıq şəkildə bıyan etdilər. 27 sentyabr taricində  Azərbaycan cəmiyyəti ikinci belə hadisə ilə üz-üzə qaldı. Respublikamızın 30 ildir qəsbkar Ermənistanın işağlı altında olan və bu problemin həllnin müəmmalı durumda qalması, hər gün ermənilərin atəşkəs rejimini prozaraq, bizləri “Qarabağ problemi”ni unutdurmağa çalışan terror birləşmələrinin yürütdüyü provakasiyalara dövlətimiz son sözünü demək üçün, Milli Odumuz var-gücü ilə hərəkətə keçmişdir. Mürgülü şəkildə “Qarabağ problemi”nin həllini 30 ildir acı bağırsaq kimi uzadan ATƏT-in Minsk Qrupu, Avropa Şurası, Avropa Birliyi və BMT dərhal hərəkətə keçərək, yeni sülh danışları masasına oturmağı təklif edirlər.

Biz gəldik, bizə aid olana sahib çıxmaq üçün

Son bir neçə gün ərzində Azərbaycan Milli Ordusunun bütün səbhə zolağı boyunca geniş miqyaslı hücumları başladıbdır. Təcavüzkar Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı Füzuli, Cəbrayıl, Ağdərə, Xocavənd və Kəlbəcər rayonları üzrə Milli Ordumuz böyük uğurlar əldə etməkdədir. Bu uğurlara ən çox sevinənlər sadə insanlardır. Xüsusilə 30 ildir məcburi qaçqın-köçkün durumunda yaşamaq zorunda qalan soydaşlarım bu uğurların hər birini alqışlayırlar. Döyüş bölgələrinə çox yaxın ərazidə yaşayan əhali erməni silahlı birləşmələrinin uzaqvuran top atəşləri nəticəsində dağlan və zərər çəkən evlərinə görə öz torpaqlarından bir addım da olsa geri çəkilmirlər. Bu anlayış artıq kütləvi xarakter daşımaqdadır. Milli Ordumuz isə, hər ötən gün yeni əraziləri düşmən qüvəvlərdən azad etməkdə davam edir. Bu uğurları dövlətimiz tərəfindən verilən rəsmi açıqlamalarda tək elan edilən məqam isə: “Biz gəldik və bizə aid olanlara sahib çıxmaq üçün” devizidir.

Cəmiyyətin alqışları, könüllü hərbi xidmət

Erməni işğalından torpaqlarımızı azad etmək üçün, heç bir tələb olmadan ölkəmizin hər qarışında gənclərimiz könüllü olaraq, torpaqlarımızn düşməndən təmizləmək üçün yenidən hərbi xidmətə getmək üçün hərbi komissarlıqlara müraciətlər etmişlər.
Beləliklə də Milli Ordumuzun gücünə güc qatılmaqdadır. Validenylər özləri isə övladlarının vətən uğrunda qələbə çalmaq xeyir-duası ilə onları yola salırlar. Hər gün verilən rəsmi açıqlamalarda Milli Ordumuzun döyüş rəşadəti, ərazilər işğaldan etmələri barəsində gündəmə gələn mövzular cəmiyyət tərəfindən qürurla qarşılanır.
Tovuz hadisələri zamanı olduğu kimi, bu dəfə də xalqımız dövlətin yanında olduğunu əyani şəkildə nümayiş etdirir. Ədliyyə nazirliyi tərəfindən rəsmi qeydiyyatı olan 34 siyasi partiyanın birgə bəyanatı da torpaqlarımızın azadlığı üçün aparılan döyüşlərlə bağlı dövlətin atdığı addımları təqdir etməsi vətəndaş cəmiyyəti mənasında böyük bir addımdır. Beləlikə vətən torpaqlarının düşməndən azad edilməsi prosesi cəmiyyətin bütün təbəqələrinin dövlətin yanında olduğuna bir daha əyani sübut kimi ortaya çıxdı. Bu, cəbhədə döyüşlənlər üçün mənəvi baxımdan uğurların təməli deməkdir.

Yuxudan oyanan beynəlxalq birlik

Azərbaycan dövləti milli iradəni ortaya qoyaraq, 30 ildir düşmən tapdağı altında inləyən torpaqlarımızın azad edilməsi üçün əldə etdiyi uğurlar beynəlxalq miqyasda əksər dövlətləri, təşkilatları və qurum-quruluşları narahat etməyə başlayıbdır. Onlar sanki bir bulqadan su içmiş kimi, Azərbaycanı “sülh danışıqları”nı yenidən davam etdirməyə səsləməyi də unutmurlar. O zaman çox haqlı sual yaranır ki: Bəs BMT-nin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ildir işğal olunmuş torpaqları ilə bağlı qəbul etdiyi qətnamələrə niyə əməl olunmur? ATƏT-in Minsk Qrupu 30 ildir gah Bakıda, gah İrəvanda, bəzən də xarici ölkələrdə sülh danışlqarı ilə bağlı görüşlər keçirir. Nədən indiyə kimi bir addım da olsa proseslər inkişaf etdirilməyib?  Avropa Birliyi və Avropa Şurası niyə Ermənistanı işğalçı ölkə adlandırmayıb. Beynəlxalq insan haqları təşkilatları nə üçün Ermənistanın işğalçılıq siyasəti nəticəsində hüquq və azadlıqları pozulan, 30 ildir məcbur qaçqın-köçkün statusu ilə öz torpaqlarında yaşamaq zorunda qalan bir milyondan lox vətəndaşımızın pozulmuş hüquqlarına nədən göz yumub? Onların öz tarixi torpaqlarında pozulmuş hüquqları ilə bağlı beynəlxalq insan haqları təşkilatları bircə dəfə olsun, səslərini niyə və nəyə görə çıxarmayıblar? Elə ki, Azərbaycan Milli Ordusu düşməni işğal etdiyi ərazilərdən azad etməyə başladı, dərhal “sülh danışıqları”nı xatırlatmağa çalışırlar. Onlar başa düşmürlərmi ki, beynəlxalq qanunvericiliyə görə, hər bir dövlətin təcavüzkar dövləti neytrallaşdırmaq üçün qəti addımlar atmalıdırlar? Ötən 30 ildə Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı nə qədər suallar yaranıb. Biz inanmırıq ki, beynəlxalq təşkilatlar bu suallara cavab tapsın.

Həmrəyliyin tək yolu var: Milli Birlik

Bu gün Azərbaycan cəmiyyəti “BİZ AC QALARIQ, SUSUZ QALARIQ, ANCAQ ƏSLA VƏTƏNDƏN VAZ KEÇMƏRİK!!!” ideyası ilə torpaqlarımızın işğaldan azad edilməsi ilə dövlətlə bir bütün olmuşdur. Faktiki olaraq, illər boyu davam edən sülh danışıqlarının perspektisiz və mənasız olduğunu hər kəs dərk edir. Ölkəmizdə adı mənfi şəkildə hallanan “Beşinci Kolon”a məxsus qüvvələrin hakimiyyətin bütün səviyyələrdə təmsil olunan yetkililərinin tutduqları vəzifələrdən uzaqlaşdırılması bu prosesdə böyük uğurlar əldə edəcəyimzə böyük inam yaratmışdır. Əksər böyük dövlətlər Azərbaycan Milli Ordusunun tarixi torpaqlarımızda düşməni uzaqlaşdırmaq  üçün atdığı qətiyyətli addımların dərhal durdurulması təklifi ilə çıxış edirlər. Onlar unudurlar ki, Azərbaycan cəmiyyətində dövlət və vətəndaş cəmiyyəti bu məsələyə vahid strateji mövqedən yanaşır. Dövlət müstəqilliyimizə qovuşduqdan sonra, ölkə prezidenti olmuş Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyev heç bir zaman sülh danışıqları prosesində ölkəmizin işğal altında olan ərazilərimizdən bir qarış da olsun düşmənə güzəştə getməyəcəklərini siyasi iradə kimi orataya qoymuşlar. Elə buna  görə də, bu günə kimi Ermənistan işğalçılıq siyasətində heç bir uğur qazana bilmir. Ona görə ki, Azərbaycanın siyasi hakimiyyəti və eləcə də vətəndaş cəmiyyəti hər zaman ərazilərimizin bütövlüyü məsələsində vahid ideya ilə çıxış etmişlər. Buna milli birlik deyilir.

O gün çox da uzaqda deyil

30 ildir Ermənistanın davam edən işğalçılıq siyasətinə bu gün son qoyulmaqdadır. Bu faktı Milli Ordumuzun bir-birinin ardınca əldə etdiyi uğurlar da sübut edir. Belə bir məqamda vətəndaş cəmiyyətin xalqın və dövlətin vahid ideya ilə addım atması düşməni sarsıdan əsas amillərdən birinə çevrilibdir. Dövlətimizə beynəlxalq aləmdə dəstək verən təşkilatların və bir sıra dövlətlərin yanımızda olması bizlərə həm də mənəvi baxımdan böyük qiymətdir. Beynəlxalq təşkilatların sülh danışqları çağrışıları demək olar ki, artıq çox bayağı görünür. Ona görə ki, işğalçı qüvvəyə tutduğun mövqelərdən çəkil deyən yoxdur. Murov Dağı yüksəkliklərinin, Adərə rayonu üzrə bir sıra strateji mövqelərin, Füzuli və Cəbrayıl rayonlarının Araz çayı boyunca düşmən qüvvədən azad ediıməsi o deməkdir ki, çox yaxın müddətdə işğal edilmiş ərazilərimiz tamamilə azad olunacaqdır. Artıq buna cəmiyyət daha çox inanmaqdadır. Ona görə də cəmiyyət və dövlət bir bütündür. Azərbaycan prezidenti İlham Əliyevin Rusiyanın ən birinci informasiya məkanı sayılan RTR TV kanalına verdiyi açıqlamada milli iradə məsələsini bütün dünyaya elan etdi. Beynəlxalq təşkilatların rəhbərləri ilə vizual şəkildə apardığı danışıqlar sübut etdi ki, Azərbaycan tərəfi antiterror əməliyyatları nəticəsində erməni işğalçılarını tamamilə torpaqlarımızından qovulması prosesini tamamlamaq niyyətindədir.

Dünya azərbaycanlılarının gözü Bakıya dikilib

Xaricdə yaşayan soydaşlarımız və diaspor təşkilatları hər gün böyük həyəcanla Ermənistan tərəfindən 30 ildir işğal olunan ərazilərimizin düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatları böyük sevinclə qarşılayırlar. Hətta onlardan Azərbaycana dönərək könüllü şəkildə orduya yazılmaq istəyənlər də vardır. Xaricdə yaşayan soydaşlarımız hər bir qələbəni təntənə ilə qarşılayırlar. Belə bir yanaşım tərzi ümummilli məsələlərdə Azərbaycan xalqının vahid strateji hədəflər ətrafında birlikdə olmanın konsepti deməkdir. Hamılıqla torpaqlarımızın azad edilməsi, eləcə də Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə, Ağdamda, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Füzulidə, Xocavənddə, Xocalıda, Əsgəranda bayraqlarımızın dallanması gününü həsrətlə gözləyirlər. Ön sırada döyüşən əsgərlərimizə dualar diləyirlər. Belə bir düşüncə tərzi milli bütünlük, dövlət və cəmiyyətin ortaq uzlama düzəni deməkdir.
Bu gün özünü azərbaycanlı sayan hər bir kəs gözlərini Bakıya dikib. Qələbə müjdəli xəbərlərlə yatıb-oyanmaq üçün.

“Hürriyyət”