Vətən Müharibəsində vətəndaş cəmiyyətinin müstəsna rolu

372

Bəlkə də dünyanın ən sirli möcüzələrindən biridir. 44 gün davam edən müharibənin sonucunda böyük qələbə əldə olundu. Belə ki, Azərbaycan Milli Ordusu 30 ildir ki, işğal altında olan ərazilərimizi düşmən tapdağından azad etdi. Ermənistanın işğalçı və təvavüzkar siyasətinə nöqtə qoyuldu. Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev açıq şəkildə bildirdi ki, Ermənistan tərəfi bu müharibəyə görə, dünyanın elə bir aparıcı dövlətinin rəhbəri olmasın ki, onlara ağız açaraq, Azərbaycan Milli Ordusu tərəfindən torpaqlarımızın azad edilməsi məsələsində onlara dəstək olmalarını rica ediblər. Bu baş tutmadıqda isə, azından müharibənin dayandırılmasını istəyiblər. Beləliklə Azərbaycan dövlətinin şərtləri çərçivəsində müharibə dayandırıldı və indi bu tələblərə əməl olunmaqdadır. Çünki, Azərbaycanda vətəndaş cəmiyyəti və dövlətimiz bir arada olaraq, bu uğurlara imza atdı.

Torpaqlar azad olduqca insanların üzü gülür

Prezident Ali Baş Komandan kimi İlham Əliyev hər dəfə cəmiyyətə açıqlama verərək filan bölgəmiz düşməndən tamamilə təmizləndi kəlmələrini işlədəndə cəmiyyətdə bu addımı hamı alqışlarla qarşılayır. Xüsusilə Şuşanın azad edilməsi öz möhtəşəmliyi ilə bağlı nəinki ölkəmizdə, dünyanın hər yerində böyük coşqularla qarşılandı. Etiraf edək ki, xalqımız son illərdə bu qədər duyğulu anları yaşamamışdı. Faktiki olaraq, Azərbaycan düşmən işğalından tamamilə azad olunma prosesinin son akkordlarını yaşayır. Hər gün azad edilmiş bölgəmizə geri dənənlərin simalarını gördükcə, onların nə qədər qayğılı olduqlarını, viran qalmış yurd-yuvalarına görə heyfislənsədər də, şükranlıqlarını etməkdən kimsə çəkinmir. Çünki, artıq müharibə bitmişdir. Ölkəmizdə hər kəs Azərbaycan Milli Ordusunun müzəffər qələbələrinə canlı şahiddir. Yeni evlər tikərək əcdadlarının yaşadıqları bu məskənlərdə yenidən həyatlarını davam etdirmək üçün yaşamağına dəyər deyirlər.
Ötən həftə Fizuli və Cəbrayıl rayonlarına səfər edən dövlət başçısı İlham Əliyev və I Vitse-Prezident Mehriban Əliyeva Qarabağa dönüşün bütün planlarını xalqımızla da bölüşdülər. Xudafərin köprüsünü ziyarət isə, həm də dünya azərbaycanlılarının bir növ belə desək, simvolik duyğularının rəmzinə açıq şəkildə işarə vurdular. Həm də Fizulidən Şuşaya gedən avtomobil yolunun dərhal inşasına başlanılması barəsində sərəncam imzalandı. Türk Dünyası adına “Türkvizyon” Uluslararası Musiqi Yarışması gələn il Şuşada keçiriləəck. Bu növ xəbərlər doğma torpaqlarına geri dönənlər üçün əsil bayramdır. Bütün dünya birliyi həm də doğma torpaqlarımıza sahib çıxdığımıza şahid olacaq. Qışın bu sazağında mənfur ermənilər tərəfindən yandırılmış evlərinin, doğma ocaqlarının heyfini almaq deyil, əvvəlkindən daha möhtəşəm ev qurmaq üçün yaşamaq istəyirlər insanlar. Çünki, hamının üzü gülür. Əcdadlarının ruhuna dualar oxutdururlar. Biz yurdumuza geri döndük. Artıq nə qaçqınıq, nə də məcburi köçkün, deyir hər kəs. Bununla yanaşı, insanlarda dövlətçiliyimizə olan inam daha da artır. Hər bir vətəndaş biz bu dövlətə sadiq olmalıyıq, çünki, işğal altında qalmış və 30 ildir həsrətini gözlədiyimiz torpaqlarımıza yenidən sahib çıxırıq. Bu yolda dövlətimiz bizə sahib çıxdı. Milli Ordumuz hər birimizin ordusudur, deyirlər.

Şərtləri və qaydaları Azərbaycan dövləti önə sürür

Bu il dekabr ayının 1-nə kimi ölkəmizin 30 ildir Ermənistan ordusu tərəfindın işğal olunmuş ərazilərindən tamamilə çıxarılması barəsində prezident, Ali Baş Komandan İlham Əliyevin dövltimizin adına bəyanatı var. Bu tələblərə əməl edəcəyi barəsində isə, Ermənistan tərəfi öhdəlik götürübdür. Kəlbəcər, Ağdam və Laçın rayonlarının tamamilə azad olunması üzrə xüsusi qrafik də hazırlanıbdır. O da bəllidir ki, artıq Azərbaycan bir daha hansısa işğalçılıq siyasətinin qarşısında aciz olmayacaq. Bunu 44 günlük müharibənin müzəffər qələbəsi də sübut etdi. Azərbaycan bir dövlət olaraq sübut etdi ki, istənilən işğalçılıq və ya terror siyasətinin qarşısını almaqda qüdrəti var.
Dövlət rəsmilərinin də etiraf etdiyi kimi, 30 ildir ATƏT və digər beynəlxalq qurumlar Qarabağ problemi ilə bağlı daim Azərbaycandan ermənilərin qalib olduüqları üçün güzəştlərə gedilməsini tələb ediblər. Azərbaycan rəhbərliyi isə, əsla belə bir təklifləri qəbul etməyibdir.
Sentyabr ayının 27-də başlanılan II Qarabağ Müharibəsində Azərbaycan Milli Ordusunun ildırım sürəti ilə bir-birinin ardınca əldə etdiyi uğurları görən Beynəlxalq Birlilik dərhal müharibənin dayandırılması və sülh danışıqları masasısının arxasına keçməyi bir şərt olaraq irəli sürdü. Azərbaycan tərəfi isə: “30 ildir o masalarda heç nə həll olunmadı. Bizim ərazilərimiz işğal altında qaldı. Çoxsaylı bəyənnamələr qəbul etdiniz və işğalçı tərəf Ermənistan bunların heç birinə əməl etmədi” mesajını verərək işğalçılıq siyasətinə təkbaşına son qoymaq üçün bir an belə dayanmadı. Çünki, artıq şərtləri bizim diktə etməyimizin zamanının çatdığını dövlət olaraq dünyaya duyması üçün geri çəkilmək deyil, irəliyə doğru addımladıq. Ona görə də, faktiki olaraq bütün ərazilərimizə sahib çıxa bildik. Dünya hərb tarixində görünməmiş bir prosesə imza atdıq. Bu, Azərbaycan MilliOrdusunun müzəffər qələbəsi ilə nəticələnən və 44 gün əırzində 250-dəıın çox yaşayış məntəqəsinin azad edilməsi əsil möcüzə idi. Dağlıq ərazilərimizin təpədən dırnağa kimi silahlanmış düşməndən təmizlənməsi hər tarixi üçün möcüzə idi. Ona görə Azərbaycan bir dövlət olaraq haqlı yerə öz razilərinin tam bütövlüyü adına bütün şərtlərini diqtə edir. Bu prosesdə dövlət və xalq, vətəndaş cəmiyyəti və hakimiyyət eyni düşüncəni paylaşır. Azərbaycanın hansısa masanın arxasında deyil, önündə olması zamanın ilahi ədalətinin rəmzinə çevrilib.

Separatizmə yol açan hər hansı muxtariyyatdan söhbət ola bilməz

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev çox haqlı olaraq, bütün beynəlxalq qurumlara bu sözləri dönə-dönə xatırladır: “Keçmiş Sovetlər Birliyindən miras qalmış və bu gün ermənilərin öz müqəddəratını təyin etmək kimi hüquqları adına irəli sürdükləri iddiaların heç bir hüquqi əsası yoxdur. Erməni xalqı öz müqəddaratını Ermənistan adlı bir ölkədə həll edibdir. Azərbaycan dövlətinin qanunlarını qəbul edən erməni vətəndaşlara ancaq mədəni muxtariyyat hüququ verilə bilər. Ölkımizdə digər  milli azların malik olduqları çərçivədə onlar da öz hüquqlarından qanunla istifadə edə bilərlər. Hər hansı şərti Azərbaycan dövləti qəbul edə bilməz. Dövlətimizin üqanunları var və bütün vətəndaşlar kimi, erməni vətəndaşlarımız bu qanunlara tabe olmalıdır”.
O da bəllidir ki, Azərbaycan bir dövlət olaraq, təməli 1920-1930-cu illərdə qoyulmuş və bu gün etnik separatizmə yol açan bütün antibəşəri qaydalardan imtina etdiyi üçün bu addımları atır. Bu, xüsusilə qondarma “Dağlıq Qarabağ” rejiminin tamamilə aradan qaldırılması deməkdir. Yəni bir daha ölkəmizdə hər hansı bir etnik sepatizmə yol açan qaydaların aradan qaldırılmasıdır. Ermənistanın təkidli yalvarışları sonucu olaraq Rusiya Azərbaycan hakimiyyətinin razılığı ilə bir daha dünya qarşısında ən yüksək humanizmi nümayiş etdirdi. Bu, erməni silahlı birliklərinin silahı yerə qoyaraq Ermənistana geri dönmələri və eləcə də işğal olunmuş ərazilərimizi birdəfəlik tərk etmələri üçün onlara verilən müddətdən ibarət idi. Bununla yanaşı, Azərbaycanın vətəndaşlığını qəbul etmək istəyən erməni vətəndaşlarının geri dönmələri üçün yaradılmış imkanlar gündəmə gətirildi. O da bəllidir ki, qondarma “Dağlıq Qarabağ” rejiminin hərbi diktaturasının şərtləri altında yaşamağa məcbur edilən dinc erməni əhalinin əlində iki çeşiddə pasportları var. Bu, qondarma “Arstax Respublikası” və “Ermənistan Respublikası” vətəndaşlığı pasportlarıdır. Əgər bu gün ermənilər bizim Respublikamızın qanunları çərçivəsində vətəndaşlığı qəbul edəcəklərsə, o zaman ölkəmizin hüdudları çərçivəsində yaşamaq hüququna malik ola biləcəklər. Məsələnin görünən tərəfi odur ki, indiki məqamda İrəvan üzərindən daim terror olunmaq təhdidi kimi psixoloji gərginlikdə qalmış ermənilər çıxılmazlıqla sindromu ilə üzləşiblər. Onlar birdəfəlik anlamalıdırlar ki, Azərbaycan dövləti müstəqil bir dövlətdir. Qanunlarımıza tabe olmaq da bu müstəqilliyin vacib atributlarıdan biridir.

Vətəndaş cəmiyyətinin işğalçılığa qarşı bütünlüyü

Demək olar ki, bu gün erməni işğalından azad olunmuş ərazilərimizə vətəndaş cəmiyyətinin münasibəti birmənalıdır. Bu, dövlətimizin ərazi bütövlüyü uğrunda neçə illərdir apardığı gərgin işlərinin uğurlu nəticəsidir. Faktiki olaraq, vətəndaş cəmiyyəti adına kimin nəyə gücü çatırsa, bu prosesdə əlindən gələn köməyini əsirgəmir. Bu da öz növbəsində qürurverici bir prosesdir. Vətən məsələsində hər hansı bir fərqli fikir ola bilməz. Hər kəs tərəfindən azad edilmiş rayonlarımızın əhalisinə gözaydınlığı verilir. Hətta torpaqlarına geri dönənlərə kimin əlindən nə gəlirsə, həmin şəxslərə dəstək verilir. Dövlət səviyyəsində hazırlanmış layihələrin möhtəşəmliyi isə əsil qürur mənbəyinə çevrilib. Hələ 2016-cı ildə məşhur Aprel Döyüşlərinin sonucunda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin tamamilə azad edilməsi və bunun ardınca orada 350 ailənin məskunlaşması hadisəsi dövlətimizin uzaqgörənliyinin işarəsi idi. Cocuq Mərcanlıya ötən müddətdə 350 mindən çox ziyarətçi gəlib. Onlar Qarabağa dönüşün imkanlarını öyrənmək üçün gəlirdilər. Bu gün ona görə hamı çox sevinir ki, dövlət və cəmiyyət məcburi köçkün və qaçqınların yanındadır. Hər kəs ona olan isti münasibəti iliyinə kimi ruhunda hiss edir və yaşamağına dəyər deyir.

“Hürriyyət”