Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı başa çatıb

294

Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı başa çatıb.

Strateq.az xəbər verir ki, paradda Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri və helikopterlərinin uçuşu keçirilib.

Milli şahinlərimiz Bakı buxtası və Azadlıq meydanının üzərindən uçub, Azərbaycan və Türkiyənin bayraqlarını nümayiş etdiriblər.

Hərbi təyyarələr paytaxt səmasında Azərbaycanın üçrəngli bayrağının əksini yaradıblar.