Vətən müharibəsində dəyən ziyanın məbləği açıqlanıb – RƏSMİ

168

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın məbləği məlum olub.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

İ. Məmmədov bildirib ki, ümumilikdə dəymiş ziyanın məbləği təxminən 91 milyon manatdır: “Nəqliyyat vasitələri üzrə dəymiş ziyan 400 min manat məbləğində, kənd təsərrüfatı üzrə (mal-qara, texnika və s.) 1 milyon 311 min manat, sahibkarlıq subyektləri üzrə (avadanlıq, alət) 2 milyon 500 min manat, Tərtər Pambıq zavoduna 3 milyon 524,6 min manat, infrastruktur üzrə (avtomobil yolları, poçt, rabitə, elektrik, qaz və su təchizatı, informasiya təminatı) 27 milyon 410 min manat, fərdi yaşayış, çoxmənzilli evlər və digər tikililərin təmir-bərpası üzrə 19 milyon 200 min manat, dağıdılmış qəzalı fərdi yaşayış evləri üzrə 13 milyon 919, 5 min manat, dağıdılmış qəzalı çoxmənzilli evlərdə mənzillər üzrə (Gəncə şəhəri) 8 milyon 800 min manat, dağıdılmış qəzalı digər tikililər üzrə 994 min manat, 6 143 ailəyə ilkin yardım kimi verilən 9 milyon 68 min 128 manat həcmində qiymətləndirilib”. \\Qazet.az