VƏTƏN MÜHARİBƏSİ

48

Eşq olsun Türkiyə, Pakistan, İsrail, Ukrayna və daha bir neçə ölkələrə!

Tarix öz yeni səhifəsini çevirdi və ora xalqımızın qəhrəman ordusunun, eləcə də Ali Baş Komandanın adı qızıl hərflərlə yazıldı

Düşmənin onurğa sümüyü məhv edildiyindən artıq ayağa durub müqavimət göstərməyə qüdrəti çatmır

Suriyada gedən çoxillik qırğın vətən müharibəsi deyil, vətəndaş müharibəsidir. Eləcə də Liviyada axan saysız qanlar da. Hətta Əfqanıstanda gedən onillik müharibə də. Çünki bütün bunların hamısında başqa qüvvələr qarışsa da, xalqın öz içindəki hadisələrdir. Hətta uzaq  rus-yapon müharibəsi də ətraf ölkələrdə hegemonluq və nüfuz müharibəsi idi.  Vətən müharibəsi kimi o vaxt adlandırıldığı kimi  4 illik SSRİ-Almaniya müharibəsi idi ki, böyüyüb ümumdünya müharibəsinə çevrildi və on milyonlarla insanın həyatı bahasına başa gəldi.

Nəhayət budur, 27 sentyabr 2020-ci ildən Azərbaycan xalqı da vətən müharibəsinə qalxdı. Bəli, bu tərtəmiz vətən müharibəsidir ki, hələ başa çatmayıb. Bütün dünya  işğalçılara – ermənilərə züy tutur. Bizə də mənən dəstək verənlər az da olsa var. Ona görə də eşq olsun Türkiyə, Pakistan, İsrail, Ukrayna və daha bir neçə ölkələrə!

Keçimşdə xalqın həyatında belə hadisələr baş verəndə uşaqdan-böyüyə kimi hamı silaha sarılırdı.  Bu gün isə artıq bu cür fədakarlıq faydasızıdır. Silahlar, mərmilər çox uzaqdan düşmənin müdafiə obyektlərini, hətta silah-sursat anbarlarını belə, axtarıb tapır və bir anda məhv edir. Bu günün müharibələrinin qəhrəmanları komandirləri və azsaylı ifaçıları nəzərə almasaq, əsasən müasir texniki vasitələr arasında gedir. Bu taktiki rəqabətlər müharibəsidir. Müasir hərbi bilik, hərbi savad və ustalıq əsas şərtlərdən biridir. Eləcə də rezerv və hərbi təchizat.

Bütün bu parametrlərdə Azərbaycan Ermənistanı üstələyir. Nəticə göz qabağındadır. İki il (1992-1993-cü illərdə) çəkən bağışlanma əməliyyatı nəticəsində 9 şəhər (Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) və 800-ə qədər kənd itirmişdik.

Beləliklə  çoxdan  gözlənilən, 27 il çəkən revanş  başlandı. Düşmənin onurğa sümüyü məhv edildiyindən artıq ayağa durub müqavimət göstərməyə qüdrəti çatmır. Doğrudur, onun  hətta öz ölkəsinin belə darmadağın edilməsinə mane olan ölkələr var və bu işdə birinci skripkaçı Rusiyadır. Ey təcavüzkarlar manyakı! Sənin axı özgə torpağında – Ermənistanda qoşunun neyləyir?  Sən bununla bu yaramaz kaftarlar millətini layiq cəzadan xilas edirsən! Nəyin xətrinə? Türkiyənin bölgədə artan nüfuzunun qabağını almaq üçün! İndi də  toplarını, raketlərini bizə tərəf tuşlayıb gözləyirsən ki, haçan səhvən  Ermənistan  ərazisinə (Mehri, Qafan və s.) bir mərmi düşsün və sən öz “S-300” raketlərini başımıza yağdırasan.

Bəli, tarix öz yeni səhifəsini çevirdi və ora xalqımızın qəhrəman ordusunun, eləcə də Ali Baş Komandanın adı qızıl hərflərlə yazıldı.

Lakin qətiyyən unutmaq olmaz ki,  torpaqlarımız, səfalı şəhər və kəndlərimiz sülh bağlanandan sonra da daim təhlükə qarşısında olacaq.  Çünki düşmən 28 illik xoşbəxt yuxusunu heç  zaman unuda bilməyəcək və o, bütün qüvvəsiylə böyük ölkələrin  quyruğunu yalayıb yeni silahlar, yeni döyüş texnikaları, hazırlıqlı dəstələr yaratmaq istəyəcək. Paşinyanlar iki min illik tarixləri ərzində, qeyd etdiyimz kimi, bu xoşbəxt yuxunun azı sonluğunu  heç cür həzm edə bilməyəcəklər. Bunu heç vaxt unutmaq lazım deyil. Mən şübhə etmirəm ki  şərəfsiz, rəzil Nikol Paşinyanı əvəz edənlər ondan da rəzillər olacaq. Çünki erməni rəzillikdən başqa heç nə bilmir.

Yəqin hamınız bilirsiz ki, dünyada dörd qorxaq millət var: ermənilər, farslar, ruslar və gürcülər. Amma bunun əvəzində bu dörd mənfur tayfaya görünməmiş həyasızlıq, namərdlik, yırtıcılıq, riyakarlıq, qəddarlıq və hiyləgərlik bəxş olunub. Bizə isə axmaqlıq,  sadəlövhlük, vəzifəcə özündən böyüklərə yaltaqlıq və bunun üçün tələb olunan utanmazlıq və doymaq bilməyən qazanc ehtirası  kimi naqisliklər xasdır.  Düzdür, bu xüsusiyyətlər bir çox Avropa xalqlarına da aiddir. Amma Həsən bəy demişkən, bir o qədər yox. Dad-aman bizim qazanc naminə yaltaqlıqdan utanmazlığımızdan.

Nəhayət keçək əsl mətləbə. Bu günlərdə BMT-nin Təhlükəsizlik Şurasında tanımadığımız, hədsiz uzaq ölkələr bizim əleyhimizə irəli sürülən qətnamənin qəbul olunmasına imkan vermədilər. Özü də necə qətiyyətlə! Hansılardar bu alicənab ölklələr?  İndoneziya, Vyetnam, Tunis, Niger, Cənubi Afrika Respublikası, Dominikan Respublikası, Sent -Vinsent və Qrenadina. Hörmət və yaxşılığın böyük-kiçiyi olmaz. Bu ölkələri heç vaxt unutmaq lazım deyil. Onlarla əlaqə saxlamaq, gedib-gəlmək, ticarət əlaqələri yaratmaq lazımdır. Mədəni əlaqələrə daha çox ehtiyac var. Biz onları, onlar da bizi tanısınlar. Və beləliklə həmişəlik bizə dost olan ölkələr şəbəkəsi yaradaq.  Çünki bu dünyada sənə rəğbəti olan dost olmadan yaşamaq çətindir. Bunu mən şəxsən öz timsalımda yəqin etmişəm. Mənim də beş-on dostum var ki, indi gec-gec də olsa onların mənəvi dəstəyi mənə ruh və güc verir.

İnsan yaşa dolduqca müdrikləşir, gənclik ehtirasları soyuyur. Azərbaycanda bu il -2020-ci ildə baş verən siyasi dəyişikliklər açıq-aşkar müsbət xüsusiyyət daşıyır. Elmar Məmmədyarov, Əbülfəs Qarayev kimi tamamilə gövdədən ibarət içiboş, məzmunsuz nazirlərin vəzifədən qovulması çox müsbət hadisədir. Amma hələ bu cür dəyişikliklərə çox ehtiyac var. Aqil Abbas və ya Fazil Mustafa kimi məzmunsuz və yaltaqlıqdan başqa heç nə bilməyənlərin də uzun illər deputat olmalarına ehtiyac yoxdur. Bu Milli Məclis kimi ali bir qurumu hörmətdən salır. Prezident Administrsiyasının  xarici siyasət məsələləri  şöbəsinin müdiri Hikmət Hacıyev  və yeni təyin olunmuş xarici işlər naziri Ceyhun Bayramov  özlərinin hazırlıqlı olduqlarını, özlərini ləyaqətli apara bildiklərini sübut edir və kifayət qədər ağıllı və məntiqli danışmağı bacarırlar.

Ümumiyyətlə, dövlət də bir orqanizmdir və o, get-gedə təmizlənməli, təkmilləşməlidir.  Ümumiyyətlə dövlətin özü-özünü tərifləməsi, öz bütün əməllərinə haqq qazandırması sağlam düşüncəyə uyğun gəlmir.

Azərbaycan bu çətin zamanda bütün resurslarını bütün çətinliklər çiyninə yükləndirilən xalqın qayğısına qalmalıdır. Axı bütün uğurların rəmzi xalqdır. Dövlət də xalq üçündür. Uzun zaman bizdə olduğu kimi xalq dövlət üçün deyil.

Nəhayət, korona-virus  pandemiyası və vətən müharibəsi başa çatandan sonra yəqin ki, bütün bu yuxarıda dediklərimizin təsdiqini görəcəyik.

 

Əlisa  NİCAT