Vəli Qasımov: “Sabah” Şeydayevin səviyyəsi deyil”

57

“Ramil Şeydayevə çox böyük ümidlər var. Amma ona təkbaşına oynamaq çətindir”.

Bunu Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov deyib.

Futbol mütəxəssisi yığmamızın hücumçusu Ramil Şeydayevi ölkənin ən böyük ulduzu hesab etdiyini açıqlayıb. Rusiya mətbuata müsahibə verən Qasımov Ramilin “Sabah” səviyyəsinə enməsindən narahatçılığını gizlətməyib: “Onu başa düşürəm: hücumçu qol vurması üçün topla təchiz olunmalıdır. Özünün nə isə etməsi ağırdır. Şeydayev pis futbolçu deyil. Amma hələ istənilən kimi alınmır. “Dinamo”da bir az oynadı, amma qol vurmadı və artıq oyunçu oldu. Düşünürəm ki, nahaq yerə “Sabah”a keçdi. “Sabah” onun səviyyəsi deyil. Çoxları deyir ki, ona oyun praktikası lazımdır. Amma mənə elə gəlir ki, indi o, üzüaşağı gedir”. \\Apasport