Vəhşi təbiəti qoruyan qadın keşikçilər

54

Onlar xüsusi təyinatlılar kimi təlimlər keçirlər

Qanunsuz ovçuluq Zimbabvenin bəzi bölgələrində mümkünsüzdür. Qadınlardan ibarət qanunsuz ovçuluqla mübarizə qrupu vəhşi heyvanları qoruyur. Bu qrupun adı “Akashinga”dır. 2017-ci ildə qurulan “Akashinga” qrupu Zimbabvenin Zambezi Vadisində fillərin ovlanmasının 80 faiz qarşısını ala bilib. Bu uğurlarını təbrik etmək üçün “National Geography” “Dünya Fil Günü”ndə “Akashinga” haqqında qısa sənədli film yayımlamışdı.

Qrupun üzvü olan qadınlar xüsusi təyinatlılar kimi təlimlər keçirlər. Bu qrupdakı qadınların çoxu ailə içi şiddət görən və cinsi zorakılığa məruz qalanlardan ibarədir. Bu proqram sayəsində, yalnız təbiət qorunmur, həm də şiddətə məruz qalan qadınlara yeni həyat bəxş edilir və onlar həyatlarında aldıqları travmanı bir növ unudub, cəmiyyətlərində lider olma şansına yiyələnirlər.

Qrupdakı qadınlar 300 kvadrat kilometr sahəni əhatə edən, vəhşi heyvanların da çox olduğu ərazini qoruyurlar. Qoruduqları heyvanlar yalnız fillər deyil. Onların arasında aslan və begemot və digər vəhşi heyvanlar da var. Məlumat üçün onu da bildirək ki, hal-hazırda Zimbabvedə 85 min fil yaşayır.

“Akashinga”-nın qurucusu, Avstraliyalı keçmiş əsgər Damien Mander bildirib ki, onlar inanırlar ki, cəmiyyətin vəhşi təbiəti qorumasının iqtisadi faydalarını başa düşdükdən sonra, ovçuluq yox olacaq. Qrup rəbəri 2025-ci ilədək daha 1000 nəfər qadın keşikçini işə götürməyi planlaşdırır. Bu halda isə 20 sahə eyni anda qoruna biləcək.