Üzləşmə

123

Hədislərin birində Peyğəmbərimiz Həzrəti Məhəm- məd (səlləllahu əleyhi və alihi və səlləm) deyib ki: “Döyüş meydanında tək qalsan belə, qılıncını əlindən yerə atma”.

Haqq nazilsə də üzülməz.

1996-cı il sona yetirdi. Ölkədə ictimai-siyasi vəziy- yət sabitləşməkdə idi. Artıq insanlar günün istənilən vaxtın- da istədiyi yerə təhlükəsiz gəlib-gedə bilirdilər. Son günlər paytaxtda diqqəti cəlb edən və gündəlik qəzetlərin səhifələ- rinə çıxarılan hadisələrdən biri 23-cü polis bölməsinin rəisi Müşfiq Mədətovun həbsi ilə bağlı idi.

Cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda müstəntiq Məmişov tərəfindən aparılırdı. İstintaqın gedişi xüsusi diqqət mərkəzində olduğundan Baş prokuror Eldar Həsənov ona şəxsən özü nəzarət edirdi. Mütəmadi olaraq işin istintaq vəziyyəti ona məruzə olunurdu.

Müşfiq Mədətovun bir neçə dəfə birinci müavin İsa Nəcəfovun qəbulunda olması onun diqqətindən qaçmamışdı.

Müşfiq Mədətov polis fəaliyyəti sahəsində naşı, təcrübəsiz gənc olduğuna görə ətrafında cinayətkar aləmlə bağlı bir sıra adamlar toplaşmışdı. Bu işdə Baş prokuror və onun dostları ümid edirdilər ki, əllərinə tezliklə sanballı faktlar düşəcək, boğazlarında birdəfəlik sümük kimi ilişib qalan, ipə-sapa yatmayan şəxsdən canlarını qurtaracaqlar və bir də heç zaman heç kim nə onların xəyanət dolu keçmişini üzə çıxaracaq, nə də indiki çirkin əməllərini ifşa edəcək.

1997-ci ilin yanvar ayı başa çatırdı. Baş prokurora işləyən qəzetlər öz səhifələrində birinci müavini tənqid atə- şinə tutsalar da, onu Qərbi azərbaycanlıların siyasi ideoloqu, Rəsul Quliyevin yaxın adamı və sair adlandırsalar da, istədiklərinə nail olmamışdılar.

Bakı şəhər Prokurorluğunun baş müstəntiqi Məmişov gündüz saat 3-də Milli Təhlükəsizik Nazirliyinin istintaq təcridxanasına daxil oldu. Növbətçiyə müqəssir Müşfiq Mədətovun dindirmə otağına gətirilməsinə göstəriş verdi. Lazımi sənədlərə imza edib, sonra dindirmə otağına keçdi. Stolun arxasında əyləşdi və adəti üzrə stulu bir qədər irəli çəkmək istədi. Lakin stul döşəməyə bərkidildiyindən yerindən tərpənmədi. Öz-özünə dedi: “Zəhrimara qalasan, neçənci dəfədir ki, stulun döşəməyə bərkidildiyini unuduram”. Qovluqdan dindirmə protokolunu çıxardı və onu səliqə ilə ortadan  qatladı ki, cinayət işi qovluğuna tikmək asan olsun.

O, necə olursa olsun, bu dəfə birinci müavin haq- qında ifşaedici ifadə almalı idi. Bu, ona hava-su kimi lazım idi. Heç olmasa bu dəfə Eldar müəllimin yanında üzünün ağ olmasını istəyirdi. Lakin niyyətinə şübhə ilə yanaşırdı. Bu tərs xasiyyətli Müşfiq Mədətov Baş prokurorun birinci müavin haqqında heç nə demək istəmirdi. Heç özünə də aydın deyildi ki, birinci müavin barəsində hansı ifadəni alacaq.

Qapı açıldı. Nəzarətçilər Müşfiq Mədətovu içəri gətirdilər. Müşfiq müstəntiq Məmişova salam verdi və ikrah hissini gizlədə bilməyib dedi:

–  Ə, Məmiş! Ə bə yenə gəlmisən?

– Müşfiq müəllim, işimdir də bə!

Sonra nəzarətçilərə: “Siz gedə bilərsiniz. Dindirmə qurtaranda özüm sizi çağıracağam”, – dedi.

Nəzarətçilər otaqdan çıxdılar.

Aradan bir qədər keçmişdi. Nəzarətçilər təzə dəmlə- dikləri çayı termosdan stəkanlara süzüb soyumağa qoymuş- dular ki, dindirmə otağından tükürpədici boğuq bir səs eşi- dildi:

  • Ay aman, kömək edin, məni öldürdü!

Sonra da bu səs xırıltıya çevrildi.

Vahiməyə düşmüş nəzarətçilər dəyənəklərini qapıb dindirmə otağına tərəf yüyürdülər. İçəri girəndə ayaqları yerdən üzülmüş Məmişovun divara sıxıldığını, Müşfiq Mə- dətovun isə sol əli ilə onun boğazından yapışaraq yuxarı qal- dırdığını, sağ əli ilə onu yumruqladığını: “Sənə yüz dəfə demişəm ki, İsa Nəcəfov haqqında heç nə bilmirəm”, – de- diyinin şahidi oldular. Bir anlıq nə edəcəklərini bilmədilər. Lakin müstəntiqin xırıldadığını görüb sanki ayıldılar. Dəyə- nəklə Müşfiqə zərbələr vuraraq zorla Məmişovu onun əlindən aldılar…

… Dərin xəyallara dalan Namiq Abbasov zəng səsinə diksindi. Selektora baxdı. Daxili rabitəylə istintaq təcridxa- nasının rəisinin zəng etdiyini gördü.

– Görəsən, nə olub yenə? – deyə nazir əvəzi fikirləş- di. Dəstəyi götürər-götürməz soruşdu:

–  Nə olub? Nəsə hadisə baş verib?

– Bəli, Namiq Rəşidoviç. Müşfiq Mədətov müstən- tiqi döyürdü. Birtəhər əlindən aldıq.

– Xəsarəti yoxdur ki?

– Xeyr, Namiq Rəşidoviç.

– Yaxşı, baş vermiş hadisəni sənədləşdirin, – deyib dəstəyi yerinə qoydu. “Bu da alınmadı, – deyə içində deyin- di, – yox, nəsə bir şey fikirləşməliyik”.

Baş prokurora zəng edib baş vermiş hadisəni ona çatdırmağı lazım bildi. Dəstəyi götürüb 14-72 rəqəmini yığ- dı. Dəstəkdən katibənin səsi eşidildi:

– Bəli, eşidirəm sizi.

–  Salam, Namiq müəllimdir. Eldar müəllimlə danış- maq istəyirəm. Vacib lazımdır.

– Salam, Namiq müəllim. Eldar müəllim kollegiya zalındadır. İndicə deyərəm sizə zəng edər.

– Sağ olun, – Namiq Abbasov dəstəyi yerinə qoydu.

Yeganə yerindən durub üzbəüz qapıya yaxınlaşdı. Qapını yavaşca döyüb açdı, kollegiya zalının baş tərəfində oturmuş Baş prokuror Eldar Həsənova baxdı. Baş prokuror yarıaçılı qapıda dayanıb ona tərəf baxan katibəsini gördü. Nitqini kəsmədən başı ilə ona yaxınlaşmasını işarə etdi. Katibə barmaqları üstündə yeriyərək heç kimin diqqətini özünə cəlb etmədən Eldar Həsənova yaxınlaşdı, asta səslə milli təhlükəsizlik naziri Namiq müəllimin onu axtardığını dedi. Həsənov: “İndi gəlirəm”, – deyərək katibəsini geri göndərdi. Katibə çıxar-çıxmaz başladığı fikrini sona kimi kollegiya iştirakçılarına çatdırdı və 15 dəqiqəlik fasilə elan etdi, kollegiya zalını tərk edərək kabinetinə keçdi. Kreslosuna əyləşdi və dəstəyi götürüb 19-44 rəqəmini yığdı, o biri başda Namiq müəllim dəstəyi götürdü. Namiq Abbasovun açıq-aydın, həlim səslə dediyi “bəli” cavabını eşitdi. Baş prokuror həmişəki kimi təbəssümlə, sevinc bildirən səslə:

–  Namiq müəllim, salam. Ə, qardaş, xeyir ola məni axtarmısan? – dedi.

– Eldar müəllim, xeyir deyil. Həm də o qədər bəd xəbər də deyil. Düzünü desəm, bir qədər xoşagəlməz xəbərdir.

Namiq müəllimin bu sözündən dərhal başa düşmək olurdu ki, o, bir vaxtlar jurnalistlik fəaliyyəti ilə məşğul olub.

– Sizin müstəntiqi Müşfiq Mədətov döyüb. Eldar müəllim, vaxtınız olsaydı, bu axşam görüşüb söhbət edərdik.

Əməliyyatçı peşəsinə hələ tam sahib olmasa da, El- dar Həsənov bu idarədən çox çəkinirdi. Əslində, bu nazir- likdə çox görünmək istəmirdi. Namiq Abbasovun xarakte- rini əməlli-başlı ətraflı öyrənmişdi. Onun zəif və güclü cə- hətlərini çox yaxşı bilirdi. Namiqi inandıra bilmişdi ki, Milli Təhlükəsizlik Nazirliyindən bir qrup cinayətkarın qaçması faktı ilə əlaqədar o, heç zaman Prezident qarşısında onun həbs edilməsi məsələsini qaldırmamışdı, əksinə, onu müdafiə etmişdi. Namiq Abbasova bir ağsaqqal kimi baxır, onunla fəxr edir. Həmişə onun qulluğunda durmağa hazır olduğunu bildirirdi. Ona görə də dedi:

– Namiq müəllim, bəlkə, axşam saat doqquza işləmiş “Pekin”də görüşək? Bir qismət çörək kəsərik, həm də sakit yerdə söhbətimizi edərik.

– Olar, Eldar müəllim.

– Namiq müəllim, deyirəm Ramil müəllimi də dəvət etsək, yaxşı olmazmı?

– Mütləq lazımdır. Müşfiq də elə onun işçisidir.

– Oldu, Namiq müəllim. Ramil müəllimə də zəng edərəm. Bir yerdə şam etsək, çox yaxşı olar. Görüşənədək.

Həmsöhbətlər eyni vaxtda dəstəyi yerinə qoydular.

Baş prokuror selektorun düyməsini basdı. Katibəsi- nin səsi gələn kimi:

– Mühafizə xidmətinin rəisini tapıb yanıma çağır. Sonra mənə bir stəkan çay gətir.

– Baş üstə, Eldar müəllim.

İki-üç dəqiqə keçməmiş katibə içəri daxil oldu.

– Eldar müəllim, Nazim indi gəlir, – dedi və sonra istirahət otağına açılan qapıdan keçib sol tərəfdəki mətbəx- də çay dəmlədi.

Düşüncələr Baş prokuroru ağuşuna aldı və onu fikir dəryasına qərq etdi. Saray oyunlarının rəngarəngliyi onu aludə etsə də, hərdən sağlam düşüncələr onu ayıldıb izah edirdi ki, bu cür oyunlar çox uzun çəkməyəcək, mahir ustadını hər bir məsələdə yanlış məlumatlar verməklə aldada bilməyəcək. Lakin iki əməliyyatçı nazirin ona sıcaq müna- sibətlərindən yetərincə istifadə etməyə şanslı idi. Bu, onun əlində ən sanballı “kozurlar”, həm də “tuzlar” idi!!!

Hə, bu anda onun kefi bir qədər açıldı. Doğrudan da, həyat özü bir növ qumar oyununa bənzəyir. Bəzən az xallar toplamaqla da udmaq olur.

İçəri daxil olan mühafizə xidmətinin rəisinin:

–  Eldar müəllim, məni çağırmısınız? – deməsi onu xəyallar aləmindən ayırdı.

– Sən bu həftə ərzində İsa müəllimin qəbuluna kə- nardan gələnlərin siyahısını, onlar haqqında topladığın mə- lumatları günün axırında mənə məruzə edərsən.

– Baş üstə, Eldar müəllim. Gedə bilərəmmi?

– Gedə bilərsən.

Eldar Həsənov saata baxdı. Kollegiyada elan etdiyi fasilə artıq 10 dəqiqə öncə bitmişdi. Stəkandakı çayın son qurtumlarını içib yerindən qalxdı və kabinetdən çıxaraq kol- legiya zalına daxil oldu. İclasda oturanlar ayağa qalxdılar. Baş prokuror yerində oturandan sonra iclas iştirakçılarına “əyləşin”  dedi.

Kim kimdir?!

Ölkədə kriminogen vəziyyət dəyişsə də, prokuror- luqda rəhbərlər arasındakı münasibətlər, xüsusilə də Baş prokuror ilə birinci müavinin münasibətləri sönüb, yenidən püskürən palçıq vulkanına bənzəyirdi. Yenə də hər gün bü- tün müxalifət qəzetləri aldıqları qonorarların müqabilində birinci müavin haqqında istədikləri həqarətləri öz səhifələrində dərc edirdilər. İsa Nəcəfov isə onlara heç vaxt fikir və reaksiya vermir, onlara heç nəzər də salmırdı. Çünki bu ağacın iki başı vardı. Bir başı vurulana bir dəfə dəyirdisə, iki dəfə də vurana dəyirdi.

Düzdür, bu qəzet kampaniyası başlayanda ölkə Pre- zidenti keçirdiyi müşavirədə belə hərəkətlərə öz münasibətini bildirmişdi və hamını xəbərdar etmişdi ki, heç kim öz başı ilə divar yarmağa cəhd göstərməsin. Lakin bu xəbərdarlığın da bir təsiri olmamışdı.

1997-ci ilin fevral ayının ilk iş günü başlamışdı. Na- har fasiləsi idi. Baş prokurorun birinci müavini stol arxa- sında oturub nahar etmək istəyirdi. Yeməyə təzə başlamışdı ki, telefon zəng çaldı. Qaşığı yerə qoyaraq qalxıb tez telefonun dəstəyini götürdü:

–  Bəli, eşidirəm, – dedi.

– İsa müəllim, salam, Tariyeldir. Prezident sizi ça- ğırır. Tez gəlin.

– Salam. Yaxşı, indi gəlirəm, – dedi.

Pencəyini geyib qəbul otağına keçdi, katibəsinə dedi:

– Yeməyi götür, sonra nahar edərəm.

İsa Nəcəfov Prezident Aparatına daxil olub silahını təhvil verdikdən sonra liftlə 5-ci mərtəbəyə qalxdı. Liftdən çıxıb sağa buruldu, Prezidentin qəbul otağında Namiq Abba- sov, Ramil Usubov və Eldar Həsənovun əyləşib söhbət etdiklərini gördü. Salam verdi, keçid otağına daxil olub Pre- zidentin köməkçisi Tariyelə əl verdi. Sonra soruşdu:

–  Tariyel, bilmirsiniz, Prezident nə üçün çağırıb?

– İsa müəllim, səbəbini bilmirəm. Ancaq onu deyə bilərəm ki, qəbul otağındakı “dostlarınız” sizi görəndə hal- ları dəyişdi, bənizləri ağardı, – deyib gülümsədi.

İsa Nəcəfov geri döndü. Qəbul otağındakı pəncərənin qarşısında dayanıb Nazirlər Kabinetinin binası ilə Prezident Aparatının binası arasındakı həyəti gözdən keçirməyə başladı. “Qış, deyəsən, bu il qarlı olmayacaq. Havalar ilıq keçir”, – deyə düşündü. Tariyelin səsi onu geri çevrilməyə vadar etdi.

–  İsa müəllim, buyurun Prezidentin kabinetinə.

İsa Nəcəfov bir söz demədən Tariyelin oturduğu otağa tərəf addımladı. “Dostlarının” həyəcanlı baxışları onun nəzərindən qaçmadı.

Sol tərəfdəki hündür, açıq mebel rəngində olan iki- taylı qapı Prezidentin kabinetinə açılırdı. O, birinci dəfə de-yildi ki, bu qapıdan Vətəni ağır vəziyyətlərdən xilas edən, özünün əqidə atası hesab etdiyi şəxsiyyətin qəbuluna gedir- di. Çoxundan fərqli olaraq, bu görüşlərdə onun qorxulu, hə- yəcan doğuran anları olmamışdı, sanki doğma, müdrik mür- şidinin hüzuruna gedirdi və bunu ömrünün şərəfli anı he- sab edirdi. İkinci qapını arxasınca örtdükdən sonra dayandı.

– İcazə olar, cənab Prezident?!

Kiçik iclas stolunun baş tərəfində deyil, qarşı tərəfdə oturmuş Heydər Əliyev:

– Gəl! – dedi.

O, sol tərəfdən keçib Prezidentin qarşısında dayandı, arada stol olmasına baxmayaraq, salam verib əlini uzatdı. Prezident onun salamını alıb oturmağı təklif etdi. Nəcəfov əyləşdi və əmrə müntəzir halda nəzərlərini Prezidentə dikdi.

– Axı mən sənə demişdim Müşfiqin işinə qarışma. Mənə məruzə edirlər ki, sən Müşfiq Mədətovun istintaqına maneçilik törədirsən, onun vəkili ilə görüşürsən, məsləhət- lər verirsən. Mədətovla cinayət əlaqəsində olan Elman Qəmbərovun işçisi isə Ukraynada olmayıb, Qəmbərovun bağında olub. Qəmbərov isə onu qorxusundan öz bağında gizlədib. Müşfiq də sənin haqqında ifadə verib. Bildirib ki, siz birlikdə pambıq alveri edirmişsiniz.

(Ardı var)