“Utanıram, yalvarıram yazmayın” – DAMLA – VİDEO

    15

    "ARB Ulduz"un "Virtual həyat" proqramının növbəti qonağı məşhur müğənni Damla olub.

    Hurriyyet.org bildirir ki, Damla sosial şəbəkələrdə çox tez-tez gündəm mövzusuna çevrilməsindən bəhs edib:

    "Yoruluram, bəzən bezirəm. "İnstagram"a girib baxıram və utanıram. Deyirəm ki, haqqımda bu qədər xəbər paylaşmayın! Çox sıxılıram. İnsanları çox bezdirirlər. Saytlara zəng edib xahiş edirəm ki, onsuz da, gerçəkləri yazmırsız, onsuz da, doğru-dürüst məlumat vermirsiz, insanları niyə məndən diksindirirsiz? Bu, məni sevindirmir ki, 24 saat məndən danışırlar. Əksinə, bu, məni sıxır. Bəzən həddi çox aşırlar".

    Görüntülü müsahibə vermək məcburiyyətində qaldığını etiraf edən müğənni onun söylədiklərini bəzəyib tamaşaçının önünə qızıl sinidə gətirənlərdən şikayətləndi:

    "Elə sənətçilər var ki, xahiş edirlər ki, onlardan yazsınlar. Ancaq mən and olsun ki, yalvarıram, yazmayın. Yazılı müsahibələrə güvənmirəm. Deyirəm ki, gəlin görüntülü müsahibə alın və ağzımdan çıxan kəlmələri göstərin. Dil ilə dediyim müsahibələri o qədər bəzəyib-düzəyib təqdim edirlər ki".