“ÜSTÜMÜZƏ FİZİKİ TERRORLA GƏLİRLƏR” – Partiya başqanından bəyanat!

621

“Turan Partiyasının başqanı Cahandar Bayoğlu son vaxtlar rəhbərlik etdiyi təşkilata qarşı Rusiya və İrana bağlı qüvvələr tərəfindən təhdidlərin artması haqda növbəti bəyanat yayıb. Hurriyyet.org xəbər verir ki, partiya başqanının bəyanatında vurğulanır:

Sevgili soydaşlar, əziz Turanlılar!

Son zamanlar Türkiyə-Azərbaycan birliyinin gerçəkləşməsini görən düşmən güclər durmadan əleyhimizdə təbliğatın miqyasını böyütməkdədirlər. Bizi həm də ona görə ittiham edirlər ki, siz nədən iç siyasətə qarışırsınız?

“Turan Partiyası Turan ideyasını anlatmaqla məşğul olmalıdır”, – deyirlər.

Əziz soydaşlar!

Turan Partiyası bir siyasi hərəkat kimi Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, dövlətin güclənməsi uğrunda içdə siyasət aparır. Daha güclü dövlət fəlsəfəmiz, Azərbaycan-Türkiyə iş birliyimizi bir konfederal quruluşda görür və Türk dövlətlərinin bölgəsəl güç, ittifaq halında olmasını istəyir. Bütöv Azərbaycan deyir, Təbriz deyir, İrəvan deyir. Belə olanda üstümüzə Tehran gəlir, Yerevan gəlir, Moskva gəlir, bunların Avropadakı havadarları gəlir.

Bunlar həm öz ölkələrində, həm də Azərbaycanda olan uzantılarının əliylə qarşımızdadırlar. İndi nə deyirsiniz, bu qüvvələr yerli uzantılarının əliylə üstümüzə gələndə, bizi terrorla hədələyəndə, dövlətə qarşı qoymağa çalışdıqlarında, sıradan çıxartmaq istədiklərində, biz onlara “sağ olun” deməliyik? Belə dediyimizdə Turan Partiyası ola bilərik?

Azərbaycanın içində biz heç kimin üstünə getməmişik. Biz ancaq Azərbaycanı parçalamaq uğrunda vuruşan Tehran, Yerevan, Moskva və Avropadakı havadarlarının üstünə gedib, “durun!” deyirik. Onlar da içimizdəki uzantılarını bizə qarşı yönəltməklə, ideoloji, fiziki terrorla üstümüzə gəlirlər.

Əziz soydaşlar!

Biz bu güclərin Azərbaycana, Türk Birliyinə, Turana, Türklüyümüzə qarşı üstümüzə gəldiklərini gözəl bilirik. Yerli iş birlikçilərinə yazığımız gəlir. Biz onlara “ayılın, adam olun”, – deyirik: “Adam olmayacaqsınızsa, üstümüzə gələcəksinizsə, dumana çeviriləcəksiniz”.

Biz millətimizə mələk, düşmənə fələk siyasi hərəkatıq”.

Hurriyyet.org