ÜST koronavirusun mənbəyini açıqladı

48

Koronavirus yarasalardan təbii yolla keçib və Çindəki heyvan bazarının virusun yayılmasında böyük rolu olub.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.

Qeyd edək ki, mayın 6-da Çin Qızıl Xaç Komitəsinin sədri Çen Ju pandemiya bitənədək ölkəsinin koronavirusun mənbəyini araşdıran heç bir beynəlxalq mütəxəssisi qəbul etməyəcəyini vurğulayıb.

Xatırladaq ki, son günlər ABŞ prezidenti Donald Tramp, həmçinin dövlət katibi Mayk Pompeo koronavirusun Çin laboratoriyalarında hazırlanmasını iddia etsə də, ÜST bununla bağlı sübutun olmadığını bildirib.