Uşaqlara əl qaldıran müəllim valideynlər tərəfindən döyüldü

75

Bağça müəlliminin üç-dörd yaşlı uşaqlara qarşı şiddəti ilə bağlı görüntülər yayıldıqdan sonra valideynlər onu döyüb. Bu barədə “Haber Global” xəbər yayıb.

Hadisə Tailandda baş verib. Bağça ilə bağlı kadrlarda 30 yaşlı Ornuma Ploadpronqun uşaqların başını masaya çırpdığı, qulaqlarını burduğu görünür. Bununla bağlı kadrlardan sonra qəzəblənən valideynlər müəllimə hücum çəkiblər. Müəllim artıq bağçadan qovulub.