“Unibank”ın saytında niyə ermənicə yazılan xəritə yerləşdirildi? – BANKDAN MƏTBUAT XİDMƏTİNİN ƏLAQƏ NÖMRƏSİNİN OLMADIĞI BİLDİRİLİR

252

“Unibank”ın saytında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların adlarının ermənicə yazıldığı xəritə yerləşdirilib.

 Jurnalist Mahir Məmmədli facebook sahifəsində bununla bağlı paylaşım edib.

Hurriyyet.org məsələylə bağlı Unibankın qaynar xəttiylə əlaqə saxlayıb. Redaksiya mətbuat xidmətiylə əlaqələndirilməyini istəsə də, telefon xəttində olan xanım, bankın Mətbuat Xidmətinin əlaqə nömrəsinin olmadığını bildirib.

Görəsən bunu etməkdə məqsəd nədir? Niyə erməni dəyirmanına bilərəkdən su tökülür? Hər halda biz redaksiya olaraq, “Unibank”ın Mətbuat Xidməti və ya rəsmi şəxslərindən biriylə danışıb suallarımıza cavab almaq istəyirik…

Hurriyyet.org