UNEC tələbələri 4 ilə 2 diplom əldə etdilər

51

UNEC-in 3 tələbəsi London Universiteti/London İqtisadiyyat Məktəbinin beynəlxalq bakalavr proqramını uğurla bitirdi.

UNEC-in 3 tələbəsi London Universiteti/London İqtisadiyyat Məktəbinin beynəlxalq bakalavr proqramından məzun oldu.

UNEC tələbələri ikinci kursdan beynəlxalq proqrama qoşularaq, hər iki universitetin dərslərini dinləyiblər. Dərslər UNEC-in təcrübəli müəllimləri tərəfindən London Universiteti/London İqtisadiyyat Məktəbinin proqramına əsasən tədris olunub. İmtahanlar isə London Universiteti/London İqtisadiyyat Məktəbi tərəfindən onlayn olaraq keçirilib.

4 illik təhsili müvəffəqiyyətlə bitirən tələbələr UNEC-in diplomunu əldə ediblər, London Universiteti/London İqtisadiyyat Məktəbinin diplomunun təqdimolunma mərasimi isə Londonda keçiriləcək.