Ümummili həmrəylik və vətəndaş cəmiyyətinin uğurları

399

27 sentyabr 2020-ci il Azərbaycan dövlətçiliyinin ən şanlı tarixi kimi səlnamələrdə yer alacaq. Ermənistanın işğalçılıq 1991-ci ildən başlayaraq Azərbaycanın ərazilərini bir dövlət olaraq yağmalamaq, əlavə torpaqlar əldə etmək üçün ölkəmizin 20 faizdən çox ərazisini qəsb etmişdi. Bu azmış kimi bir milyona yaxın əhalimiz düz 27 il qaçqın və məcburi köçkün həyatını yaşamaq məcburiyyətində qalmışdı. BMT, Avropa Birliyi, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər bütün beynəlxalq qurumlar işğal olunmuş ərazilərimizin azad edilməsi barəsində qətnamələr, qərarlar qəbul etsələr də Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmək istəmirdilər. Nəhayət xalqımızın böyük həsrətlə gözlədiyi tarixi an yetişdi. 2020-ci il 27 sentyabr tarixində II Qarabağ Savaşı başladı. Özü də nə başladı… Bütövlükdə Azərbaycanın tam qələbəsi ilə. Bu qələbə ilə Ali Baş Komandan və prezident İlham Əliyev olmaqla Ordumuzun və xalqımızın mənəvi həmrəyliyi, vətəndaş cəmiyyəti və siyasi partiyaların bir araya gələrək bu qələbədə hərənin öz payının olmasını təmin etdilər.

Həmrəyliyin anatomiyasının yeni düzəni

II Qarabağ Savaşı başlayan kimi, dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətini təmsil edən bütün strukturlar bəyanat verərək vətən torpaqlarının azadlığı üçün onun yanında aldıqlarını bəyan etdilər. Hətta əksər partiyalar müharibə qanunlarını nəzərə alaraq, fəaliyyətlərini dondurdular. Rayon və kəndlərimizdə sadə insanlar özlərinin vətənə və dövlətə inamını sübut etmək üçün kimin əlindən nə gəlirdisə elə o yöndə fəaliyyət göstərirdilər. Kimisi ağır hava şəraitində döyüşən əsgərlərimiz üçün corab və əlcək toxuyur, kimisi onlara ərzaq və dərman yardımları toplayaraq ordumuza yardım edirdi. Kimisi könüllü olaraq xəstəxanalarda və hospitallarda yaralılara gecə-gündüz demədən yardım edirdi. Diaspor təşkilatlarımız Müdafiə Fonduna maddi dəstək kampaniyası apardılar. Əli silah tutanların əksəriyyəti könüllü olaraq orduya xidmətə getdilər. Təbii olaraq, dövlətimizin bunlara ehtiyacı yox idi. Çünki, Milli Ordu necə lazımdırsa, dövlət səviyyəsində təminat yetərli idi. Ancaq, ümummilli həmrəylik və milli birlik naminə dövlət səviyyəsində ümumxalq dəstəyi alqışlandı. Bütün KİV-lər “Hər şey Cəbhə üçün, hər şey Vətən üçün!!!” şüarı ilə cəmiyyəti gündəlik informasiya ilə təmin edirdilər. Döyüşə getmək üçün insanlar arasında əsil yarış gedirdi. Fərarilik demək olar ki, ən böyük qüsur hesab olundu. Vətənə xəyanət kimi dəyərləndirildi.
II Qarabağ Savaşı Azərbaycanda həm də yeni bir mərhələnin əsasını qoydu. Demək olar ki, ölkəmiz üçün taleyüklü bütün proseslərə ümummilli həmrəylik anlayışı ilə yaşanaq vərdişi yarandı. İndi sadə insanlardan tutmuş siyasi partiyalara, vətəndaş cəmiyyətindən dövlət qurumlarına, iqtidarlı-müxalifətli KİV-lərə qədər, milli diaspor təşkilarlarımızdan başlamış bütün qürbətçilərimizə qədər hamı milli həmrəyliyin nə demək olduğunu dərk etməklə yanaşı, həm də bu prosesin içində yer almağı hədəf kimi qəbul etdilər. İnanırıq ki, bu proses daha da inkişaf edəcək və dövlətləşmə adı ilə böyük uğurlara bir dövlət və xalq olaraq imza atacağıq.

 

Bütün yurdlarımız işğaldan azad edildi

Azərbaycan dövlətinin işğalçılıq siyasətinə qarşı apardığı mübarizə və əldə etdiyi böyük qələbə II Qarabağ Savaşıının ardından dünyanın diqqət mərkəzində oldu.
Hər bir dövlətin ərazi bütövlüyünə sahib çıxması məsələsində Azərbaycan örnək göstərdi. Dövlət və xalqın milli birlik düzənində 44 gün davam edən müharibənin sonucu olaraq 30 ildir işğal altında olan ərazilərini azad etdi. Həm də BMT-nin qərarlarına əməl etməyən Ermənistanı Azərbaycan diz üstə çökdürdü. İşğalçı siyasət acı məğlubiyyətlə nəticələndi. Heç bir beynəlxalq müdaxilə olmadan Azərbaycan özünün daxili problemlərini necə həll etməyi dünyaya göstərdi.
İşğalçı və terrorçu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın 20 faiz ərazisini işğal etməsi və 27 ildir münaqişə zonasından kənar ərazilərimizə hücumları, mülki azərbaycanlılara qarşı soyqırım aktları törətməsi 27 sentyabr 2020-ci ldə Ordumuzun sərt cavab tədbirləri görməsinə səbəb oldu. Nəticədə haqq uğrunda ədalətli Vətən müharibəsi başladı, 44 gün ərzində aparılan şərəfli savaş Ermənistan rəhbərliyini – baş nazir Nikol Paşinyanı kapitulasiya aktı imzalamağa məcbur etdi. Rusiya – Azərbaycan – Ermənistan arasında birgə bəyanat imzalandı. Bəyanatda vurğulanır ki, işağldan azad edilən torpaqlar Azərbaycanda qalmaq şərti ilə işğala məruz qalan digər bütün ərazilər ermənilər tərəfdən qeyd-şərtsiz boşaldılsın. Cədvəl hazırlandı və verilən vaxta uyğun Azərbaycan ərazilərinin boşaldılması prosesi başladı. Terrorçu Ermənistanın silahlı qüvvələri işğalda saxladığı son yurdumuzu – Laçını dekabrın 1-i tamamilə tərk edib. Azərbaycan qalib və xoşbəxt dövlətdir. 30 illik işğala 100 faiz son qoyuldu.  İşğaldan azad edilən şəhər və rayonlarımızın azadlığa qovuşdular.

Savaş bitdi və Vətən bütövləşdi

44 günlük savaşdan öncə 30 ildir davam edən sülh danışıqları zamanı ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqlar demək olar ki, səmərəsiz idi. Ermənistan demək olar ki, hər dəfə atəşkəs rejimini pozur və prosesləri acı bağırsaq kimi uzatmaqla məşğul idi. Ermənilər və Ermənistan Qarabağda işğalçılıq siyasətini davam etdirmək və bu prosesi çıxılmazlıq sindromunun labiritində it-bata salmaq eşqi ilə özünü qalib sayırdılar. Hətta qondarma “Dağlıq Qarabağ” rejimindən savayı işğal altınd olan digər ərazilərimizi özlərinin tarixi ərazisi olaraq leqallaşdırmağın yollarını gündəmə gətirməkdən çəkinmirdilər. İşğal olunmuş ərazilərimizin ötən 30 ildə təbii sərvətlərini gecə-gündüz talamaq, orada beynəlxalq miqyasda terrorçu birliklər üçün düşərgələr salmaq, narkotik maddələrin əkini və istehsalını və bunun qara bazarda satışını əldə etmək, Yaxın Şərqdə son illərdə yaşanılan vətəndaş müharibələrinin alovlanmasını təmin etmək üçün qanunsuz silah satışında yaxından iştirak edən erməni mafiyası da bu prosesdə aktivlik göstərirdi.Bunun əsil səbəblərindən biri 1998-ci ildə İrəvanda ölkə parlamentində dövlət çevrilişi edərək “Hərbi Xunta”nın iqtidara gəlməsi oldu. Bu acı həqiqətləri Azərbaycan dövləti görür və bütün beynəlxalq təşkilatlara hər zaman izah etsə də, kimsənin sözdə buna inamı yox idi. Dotasiya ilə yaşayan Ermənistanın və qondarma “Dağlıq Qarabağ” rejiminin Azərbaycanın işğal eidlmiş ərazilərində tarixdə görünməyən istehkamlar qurması heyrət doğururdu. Ancaq, Azərbaycanın Milli Ordusu bütün bu mifləri darmadağın etdi. 44 gün gecə-gündüz demədən savaş apararaq qələbəni təmin etdi. 30 ildir məcburi köçkünlər və qaçqınların öz tarixi yurd-yuvalarına geri dönmələrini təmin etdi.
İşğaldan azad edilmiş bölgələrimizin tarixi anı:
Cəbrayıl: 04.10.2020,
Füzuli: 17.10.2020,
Zəngilan: 20.10.2020,
Qubadlı: 25.10.2020,
Şuşa: 08.11.2020,
Xocavənd: 10.11.2020,
Xankəndi: 10.11.2020,
Xocalı: 10.11.2020,
Ağdam: 20.11.2020,
Kəlbəcər: 25.11.2020,
Laçın:01.12.2020

Azərbaycan Qələbə paradı keçirəcək – Azadlıq meydanında

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov məsələ ilə bağlı bildirib ki, paradın tarixi barədə hələlik məlumatsızdır: “Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti parada hazırlaşır, gündəlik məşqlər gedir. Paradda iştirak edəcək Silahlı Qüvvələrin üzvləri bəllidir. Cənab Ali Baş Komandan hələ Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi parad keçirilən zaman qələbə paradının anonsunu vermişdi və bildrmişdi ki, Azadlıq Meydanına qələbə bayrağı gətirəcəyik. Ona görə də parad mütləq olacaq, amma dəqiq hansı gündə bunu rəsmi qurumlar açıqlayacaqlar.”

Polkovnik Vətən Müharibəsində Ermənistandan hərbi qənimət kimi ələ keçirilən müxtəlif adda texnikanın hərbi paradda nümayiş olunacağını istisna etməyib:

“Paradda texnika nümayişi olacaq, amma hansı texnikadan neçə ədəd nümayiş etdiriləcək, bunu deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, parad möhtəşəmliyilə seçiləcək, bu parada çatacaq parad olmayacaq”.

Ş.Ramaldanov budəfəki paradda aparıcılıq edəcəyilə bağlı sualımıza zarafatyana “aparıcılıq Azərbaycan vətəndaşına həvalə ediləcək, adının fərqi yoxdur”,- deyə bildirib.

 

Vətən şəhid və qazilərimizin bizə olan əmanətidir

I Qarabağ Savaşı dönəmində Azərbaycan dövləti və eləcə də xalq Ermənistanın təcavüzkar siyasətinə qaşrı əliyalın döyüş aparırdı. Nə milli ordumuz var idi, nə də müharibə ilə bağlı yetərincə silahımız. Başqa bir tərəfdən isə peşəkar səviyyədə döyüşə bilən hərbi birliklərimiz də yox idi. Bütün bunlara rəğmən xalq əliyan və ya ov tüfəngləri ilə olsa da, mənfur düşmənin qabağından geri çəkilmədi. 1991-1993-cü illərdə əlimizdən gələn qədər biz döyüşdük. Daxili siyasi çəkişmələr olmasaydı, bəlkə də itkilərimiz az olardı. Dövlət büdcəmiz də istənilən səviyyədə deyildi. II Qarabağ Savaşı isə, hərb tarixmizin ən möhtəşəm və şanlı səhifəsi kimi iz buraxdı. Şəhidlər versək də, yaralılarımız olsa da qəhrəman ordumuz düşmənin qarşısından bir addım da olsun geri çəkilmədi. Dövlət və xalqın milli iradə göstərməsi bir daha sübut etdi ki, harada vətəndaş cəmiyyəti vahid mövqedən çıxış edirsə, milli iradə ortaya qoyursa, orada qələbə mütləqdir. II Qarabağ Savaşının sirri məhz bundadır. I Qarabağ Savaşı dönəmində Azərbaycanı beynəlxalq səviyyədə dəstəkləyən bir dövlət belə yox idi. Bu dəfə isə, ölkəmizin yanında yer alan çoxsaylı dövlətlər öz iradələrini ortaya qoydular. Ali Baş Komandan və prezidentin rəhbərliyi altında informasiya məkanı beynəlxalq səviyyədə öz işini necı lazımdırsa, bütün sədləri yara bildi. Ermənistanın, eləcə də erməni lobbisinin bütün çabaları boşa çıxdı. Artıq ermənilərə beynəlxalq səviyyədə inanan dövlətlərin coğrafiyası da daralmağa başlayıbdır. Bütün bunlar Azərbaycanın haqq səsinin nəticəsidir. Həm də dövlətimizin nə qədər güclü olması və milli iradəyə sahib çıxması kimi çox qiymətli və dəyərli fakt kimi qəbul edildi. Ümummili həmrəylik və vətəndaş cəmiyyətinin uğurları nəticəsində Azərbaycan qalib ölkə kimi qəbul olunur.

“Hürriyyət”