Qaraçöhrə və mən

    3

    Ümumiyyətlə, təbiət aləmində belə hadisələr baş verirmi? Yəqin ki, yox. Çünki flora aləmində belə bir variant qətiyyən nəzərə alınmayıb. Nə cür olub, necə olub həmin kiçik pöhrə üzüyuxarı yox, üzüaşağı gedib, bunu müəyyən etmək mümkün deyil. Bütün pöhrələr səmaya can atır, onların heç birini əyib torpağa yönəltmək mümkün deyil. Amma bu qaraçöhrə bunu edib. Şüurlumu edib, ya hər hansı bir əyini nəticəsində baş verib, onu da bilmək çətindir. Bir məsələ var ki, insan orqanizmində də belə bir şey mümkündür. Bu şərtlə ki, hansı bir səbəbdənsə qocalmış hüceyrələrin içinə tamamilə gənc bir hüceyrə düşə və o, sürətlə parçalanıb artmağa başlaya.