Keçmiş nazirdən Elman Rüstəmova ittiham

    6

    “Ümumiyyətlə, mövcud şəraiti kim yaradıb bu möhtəkirlərə? Nə üçün möhtəkirlər bankların qarşısında bu qədər sərbəst fəaliyyət göstərə bilirlər? Nə üçün onların təklifi daha keçərlidir? Onlar ümumiyyətlə alıb satdıqları valyutanı haradan əldə edirlər? Bax bütün bu suallara bu gün Mərkəzi Bank və yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası cavab tapmalıdır. Valyutadəyişmə sahəsindəki bu vəziyyətin hər iki quruma, daha çox isə Mərkəzi Banka bəlli olduğu heç şübhə doğurmur. Bəs onda nə üçün bu biabırçılığın aradan qaldırılması istiqamətində heç bir addım atılmır? Bu gün ölkənin bank-maliyyə sektorunda aparılan islahatların milli valyutanın nüfuzunun bərpasına yönəldildiyi, dövlət başçısı tərəfindən bu məsələ ətrafında narahatlıqlar ifadə olunduğu və manatın nüfuzunun bərpasına yönəlik ciddi qərarlar qəbul edildiyi bir dönəmdə, Mərkəzi Bankın mövcud vəziyyətə göz yumması başa düşülən deyil”./azadliq.info/