“Ümid edirəm ki, Azərbaycanla matçda da bəxtimiz gətirəcək”

7

“Millətlər Liqasının qrupunda 6 qələbə qazanmaq arzumdur. Amma bunu reallaşdıracağımızı deyə bilmərəm”. Bunu Monteneqro millisinin baş məşqçisi Faruk Hadzibeqiç deyib.

Təcrübəli çalışdırıcı Latviya ilə sabah keçiriləcək yoldaşlıq görüşünə həsr olunan mətbuat konfransında iştirak edərək, Millətlər Liqasının oktyabrın 10-da Azərbaycan, 13-də Lüksemburqa qarşı keçiriləcək matçlar barədə də fikirlərini bildirib: “Yaxşı rəqiblərimiz var. Lüksemburqla ilk qarşılaşmada bir az bəxtimiz gətirdi. Ümid edirəm ki, qarşıdakı matçlarda da belə olacaq. Millətlər Liqası bitəndə, qrupun favoriti olduğumuzu deyəcəm. Amma indi bu haqda danışmaq istəmirəm”

Hadzibeqiç yaxşı komandasının olduğunu hesab edir: “Heyətdə Stevan Yovetiç, Stefan Saviç, Fatoş Beçiray, Nikola Vukçeviç kimi oyunçular olanda hər şey daha yaxşı alınır və özünü daha təhlükəsiz hiss edirsən. Komanda olaraq daha irəli gedə bilərik. Heyətimizdə Yovetiç və Saviçdən başqa da yaxşı oyunçular var. Lakin onlar əsl liderlərdir”.

Qeyd edək ki, ilk iki turda səfərdə qələbələr qazanan Monteneqro milliisi yığmamızla oktyabrın 10-da Podqoritsada görüşəcək.