Ülgüclə bacısının boğazını kəsib

96

 

Bakıda bacısını öldürməkdə təqsirləndirilən Sahib Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Azad Məcidovun sədrlik etdiyi kollegiyanın icraatındadır.

Qeyd edək ki, hadisə fevral ayında paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 12, mənzil 26-da qeydə alınıb.
Zəngilan rayon sakini, Sahib Ələkbər oğlu Cəfərov bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı qısqanclıq zəminində boğazını ülgüclə kəsərək qətlə yetirib.

Daha sonra S.Cəfərov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə gələrək cinayəti etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.