Ukraynanın yeni Baş naziri təyin edilib – YENİLƏNİB

3

Ukraynanın Ali Radası bu gün fövqəladə iclasda Baş nazirin keçmiş müavini Denis Şmıqalı hökumət başçısı təyin edib.

Minimum 226 səs tələb olunduğu halda deputatların 291 nəfəri təyinatın lehinə səs verib. \\APA

****

20:06

Ukrayna Prezidenti Vladimir Zelenski Baş Nazir vəzifəsinə Denis Şmıqalın namizədliyini irəli sürüb.

Ukrayna parlamenti bu gün Baş Nazir Aleksey Qonçarukun istefa ərizəsini qəbul edib. 

Qanuna görə, Baş Nazirin istefasından sonra bütün kabinet istefa verməlidir. Hökumət yeni kabinet formalaşana qədər öz vəzifələrini yerinə yetirəcək. 

Qeyd edək ki, Ukrayna hökumətinin başçısı Aleksey Qonçaruk vəzifəsindən istefa verməsi barədə ərizəsini martın 3-də Ali Radaya göndərib. \\APA