Ukraynanın erməni naziri: “Minsk qrupu özünü doğrultmur. Ərazilərə polis qüvvələri yeritmək lazımdır…”

    3

    Avakovun məsləhətindən Dağlıq Qarabağ münaqişəsinin həllində istifadə etmək olarmı?

    Hurriyyet.org xəbər verir ki, Ukraynanın daxili işlər naziri, erməni əsilli Arsen Avakov Donbassın qaytarılması üzrə əməliyyatın polis tərəfindən aparılmalı olduğunu bəyan edib. Onun sözlərinə görə, Kiyev 2 min nəfər polis qüvvəsinin gücü ilə Ukraynanın şərqində yerləşən və terrorçular tərəfindən ələ keçirilmiş Luqansk və Doneskti öz nəzarəti altına qaytara bilər. Avakov ukraynalı jurnalistlərə bildirib: “Ümidimiz və şansımız var ki, yaxın gələcəkdə ərazilərimizi qaytara bilərik. Ola bilsin ki, bu, silahlı qüvvələrin iştirakı olmadan aparılan polis əməliyyatı olacaq.”

    Ukrayna DİN rəhbəri əlavə edib ki, Donbass ərazilərindəki dövlət nəzarətindən çıxmış ərazilərdə Ukrayna dövlətçiliyinin bərqərar olması əvvəlcədən planlaşdırıldığı kimi BMT-nin sülhməramlı qüvvələri cəlb edilmədən də baş verə bilər.

    Bundan əvvəl Avakov bildirmişdi ki, münaqişənin nizamlanması üçün Minsk qrupu formatı özünü doğrultmur və Donbass konfliktinin yeni həll yollarını tapmaq lazımdır.

    Hurriyyet.org