Ukraynalı deputat maska taxılmasına belə etiraz etdi – FOTO

24

Ukrayna Ali Radasının millət vəkili Yelizaveta Boqutskaya iclasa əldə toxunulmuş tor maskada qatılıb.

Deputat iclasdan fotosunu sosial şəbəkədə paylaşıb. Bununla o, karantin rejiminə və maska taxılmasına etirazını bildirib.

“Bu, torba deyil. Hər hansı seksual atribut da deyil. Bu, maska demarşının bir elementidir. Maska axmaqlığına qarşı etirazdır”, – deyə Boqutskaya yazıb.

Qeyd edək ki, Ukraynada koronavirusdan 548 nəfər ölüb, 19 minədək insan isə xəstəliyə yoluxub./qafqazinfo/