Ukraynadan növbəti dəstək mesajı

51

XİN başçısı: “Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

“Ukrayna Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir”.

Bu barədə keçirdiyi brifinqdə Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba deyib.

O, ərazi bütövlüyü prinsipinin Ukraynanın xarici siyasətində təməl prinsiplərdən biri olduğunu diqqətə çatdırıb: “Azərbaycan daha əvvəl bizim ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik və dəstəkləyirik”.

Ukraynalı nazirin fikrincə, Dağlıq Qarabağdakı döyüşlərdən də əyani göründüyü kimi, dondurulmuş münaqişələr əslində yoxdur, belə görünən münaqişələr hər an “qızışa” bilər: “Bu cür münaqişələrin Avropada sabitsizlik mənbəyidir. Beynəlxalq ictimaiyyət də məsələnin həllinə müvafiq şəkildə münasibət bildirməlidir. Belə münaqişələri unutmaq əvəzinə, həlli üçün ardıcıl və əlaqəli şəkildə səylər göstərilməlidir”.