Ukraynada Rusiya saytlarına giriş qadağan olundu

    3

    Ukrayna bəzi Rusiya kütləvi informasiya vasitələrini sanksiya siyahısına daxil edib.

    Hurriyyet.org RİA Novosti-yə istinadən bildirir ki, Rossiyaseqodnya.rf, Sputniknews.com, Ria.ru, Rsport.ria.ru, 1prime.ru, Realty.ria.ru və rian.com.ua saytlarına giriş qadağan olunub.

    “Rossiya seqodnya” MİA və “RİA Novosti” agentlikləri sanksiyalar siyahısında üç il müddətində qalacaq. Siyahı Ukrayna prezidenti Petro Poroşenkonun rəsmi saytında dərc olunub.