Ukraynada hərbi vəziyyət haqqında qanun RƏSMƏN QÜVVƏYƏ MİNDİ

    27

    Hurriyyet.org xəbər verir ki, Ukraynanın “Uryadovıy kuyer” adlanan rəsmi dövlət qəzetində ölkənin on regionunda hərbi vəziyyətin tətbiq edilməsi barəsində qanun dərc olunub. Bununla da qanun rəsmən qüvvəyə minib.

    Kerç boğazında Rusiya Dəniz Qüvvələri ilə toqquşmadan sonra Ukrayna prezidenti Pyotr Poroşenko hərbi vəziyyət elan eləmək qərarını verib.

    Hərbi vəziyyət 30 günlük müddətdə, Vinnitsk, Luqansk, Nikolayevs, Sumsk, Odessa, Xarkov, Çerniqovsk, Donetsk, Zaporojets və Herson vilayətlərində, həmçinin, Azov-Kerç akvatoriyasının daxili sularında hökm sürəcək. Hərbi vəziyyət şəraitində Ukrayna prezidenti tərəfindən səfərbərlik elan edilir.

    Qeyd edək ki, dekabrın axırında ölkədə prezident seçkisi kampaniyaları başlanacaq.

    Hurriyyet.org