Ukraynada ermənilərin “tender bazarı”na YOX deyildi

    3

    Odessa və Donetsk vilayətləri üzərindən Ukraynanın yol inşaatı sektorunda uzun illərdir güclü monopoliyaya malik olan erməni şirkətlərinin üzünə rəsmi Kiyevin qapıları bağlanıb

    Vladimir Zelenskinin prezident seçilməsindən sonra, Ukraynada şəffaflıq siyasəti ən üstün səviyyədə cəmiyyət tərəfindən qiymətləndirilir. Uzun illərdir bu ölkədə təmir-tikinti, dövlət əhəmiyyətli obyektlərin inşası və iri sənaye mərkəzlərinin yaradılması kimi qlobal layihələr ermənilərə məxsus şirkətlər tərəfindən həyata keçirilib. Ona görə də, ermənilər ölkənin zəngin qrupu hesab olunurdu. Bununla yanaşı, cinayət və kriminal aləmdə xüsusi çəkiyə malik idilər. İndi ermənilərin bütün “işləkləri” arxada qalıb. Çünki cəmiyyətin idarə olunması prosesi şəffaflıq, demokratiya, plürealizm və demokratik təsisatların inkişafı nəticəsində “qara bazar”, “tender mafiyası”, “kollaboranizm” iflasa uğramaqdadır.

    Ukraynada erməni separatizminin kökləri

    Ukraynanın Krım uğrunda 1735-1739, 1768-1774, 1776-1782-ci illərdə yaşanılan “Çar Rusiyası və Osmanlı savaşları” zamanı burada yaşayan erməni “könüllülər” o dönəmdə rus ordusunun tərəfinə keçmişdilər. Beləliklə, Krım və Balkanlarda yaşayan yerli türk əhalisinə qarşı tarixdə görünməyən soyqırımlar həyata keçirildi. Bu barədə “Çar Rusiyasının hərb səlnamə”lərini yazan Vasili Tatişev, Nikolay Karamzin və digər tarixçilərin əsərlərində bu barədə kifayət qədər baş vermiş hadisələr qeydə alınıb. 1917-ci ildə Çarlıq Rusiyası çökdükdən sonra, 2 oktyabr tarixində Krım Respublikası elan edildi. Yerli türk əhalisi və Ukrayna xalqı müstəqil dövlətin yaradılması üçün bir yerdə addımlar atdılar. Cəfər Seyidəhməd və Noman Çələbixan kimi liderlər demək olar ki, bölgənin qurtuluşu məsələsində ermənilərin separatizm siyasəti yürütməsi və satqınlıqları nəticəsində Krımın Ukraynanın tərkibində Muxtar Respublika statusunun devrilməsi uğrunda gedən savaşda məğlub oldular.

    1921-ci ildə Krım bir bölgə kimi Muxtar Respublika statusu ilə Rusiya Federasiyasına birləşdirildi. 1954-cü ildə Krım tarixi ədalətin sayəsində Ukraynanın tərkibinə qaytarıldı. 1991-ci ildə keçmiş Sovetlər İttifaqı dağıldıqdan sonra, Krımın yenidən Rusiyaya ilhaq edilməsi üçün bölgədə yaşayan ermənilər separatçı siyasət yürütməyə başladılar. “Krım Erməni İcması”, “Ararat Cəmiyyəti”, “Erməni Ağsaqqallar Şurası”, “Mayrik” Erməni Qadınları Liqası, “Erməni Gəncləri Komitəsi”, “Hayazq” Fondu, “MANKAQOS”, “RANKARK”, “Luys” Cəmiyyəti və digər erməni təşkilatları təkcə Krımda deyil, faktiki olaraq Ukraynda bu hədəfləri sərgiləməkdən çəkinmirdilər. 2014-cü ildə Krımın bir gecədə yenidən işğal olunmasında yerli erməni təşkilatları yaxından iştirak etdilər. Çünki bu təşkilatların üzvləri harada “etnik separtatizim” siyasəti yürüdülürsə, orada qan tökmüşlər, yüz minlərlə dinc və günhasız insanların doğma yurd-yuvalarından didərgin düşməsində iştirak ediblər. Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ və Dnestryanı “separatçı” bölgələrdəki döyüşlərin xronikası bütün bunları isbat edir (mənbə:https://www.kavkazplus.com/news.php?id=16790#.XTRLt-gzaUk, https://rus.azatutyun.am/a/26550823.html, https://topwar.ru/140404-vopros-armyanskiy-no-vinovata-rossiya.html, https://mediamax.am/ru/news/special-report/16179/). 1991-ci ildən indiyə kimi Ukraynada Leonid Kuçma, Leonid Kravçuk, Viktor Yuşenko, Viktor Yanukoviç, Petr Poroşenko və Vladimir Zelenski prezident seçilmişlər. Ancaq, ilk dəfədir ki, prezident səviyyəsində ermənilərin bu dövlətə qarşı apardıqları siyasətə açıq şəkildə dur deyilir. V. Zelenski ermənilərə məxsus şirkətlərin ölkənin biznes və maliyyə sektorundakı mövqelərinə sarsıdıcı zərbələri vurmaqdadır. Buna görə də Ukraynadakı ermənilərə məxsus iri şirkətlər və maliyyə quruluşları digər dövlətlərə köçməyə başlayıblar. Tarixin acı ironiyası artıq ermənilərin göz yaşlarına artıq inanmır.

    Zelenski erməniləri sıradan çıxararaq türklərə üstünlük verir

    Ötən ay Türkiyəyə məxsus “Onur Holding” Ukraynanın Poltava vilayətində 1 milyard qrin (Ukraynanın milli valyutası) dəyərində avtomobil yollarının yenidən qurulması üçün keçirilən tenderin qalibi oldu. Beləliklə “Onur Holding” Poltava vilayətində ümumi həcmi 21 milyard qrin dəyərində “Tender Troller”ini ələ keçirdi. Faktiki olaraq yol inşaatı sektoru vilayətdəki erməni şirkətlərinin əlindən çıxmış oldu. Odessa və Donetsk vilayətləri üzərindən Ukraynanın yol inşaatı sektorunda uzun illərdir güclü monopoliyaya malik olan erməni şirkətlərinin üzünə rəsmi Kiyevin qapıları bağlanıb.

    Türkiyə şirkətləri Kiyev-Xarkov-Doljanski avtomobil yollarının yenidən salınması üzrə keçirilən tenderləri udublar. Ümumi dəyəri 1 milyard 185 milyon qrin olan yol inşaatı türk şirkətləri tərəfindən həyata keçiriləcəkdir. “M-03” adlanan bu layihənin əvvəllər erməni şirkətləri tərəfindən icrasında süni şəkildə qiymətartımları siyasəti ifşa olunub. Beləliklə Odessa və Donetsk şəhərlərinin merlərinin nəzarətindəki və dolayı yolla ermənilər tərəfindən idarə olunan “Altkom” və “Rostdorstroy” şirkətləri ilk dəfə olaraq ağır maliyyə böhranları ilə üz-üzə qaldılar.

    “Onur Holding”in sahibləri İhsan və Çetin Onur qardaşları yol inşaatı sektorunda bir sıra uğurlu addımları atmaqla yanaşı, həm də Ukraynada nəqliyyat, xidmət, qida və digər sektorlarda sosial ədalət prinsiplərinə uyğun layihələri həyata keçirmək üçün bir çox uğurlara imza atmış oldular.

    “Nikolaevbudsentr” və “Dorlider” kimi ixtisaslaşmış yol inşaatı şirkətlərinin əsil sahibi Araik Əmurxanyan maliyyə fırıldaqlarına görə, Ukrayna polisi tərəfindən həbs olunub. Özünə məxsus biznesi kriminal qaydalarla idarə etməsi və “Ukrayna Avtomobil Yolları” sektorunda uzun illər həyata keçirdiyi fırıldaqlar Baş Prokurorluq tərəfindən isbat olunub. Güc strukturlarının açıqlamasına görə, Araik Əmurxanyan uzun illərdir ermənilərdən ibarət kriminal qruplar tərəfindən tenderlərə qatılan rəqiblərini silahla və ölümlə təhdidetmək taktikası ilə hərəkət edirmiş. Yol təmiri sifarişlərindən əldə etdiyi milyardlarla gəlirləri terrorizm və etnik separatizm hədəfləri üçün xərcləyirmiş. Ukryana təhlükəsizlik orqanlarının son açıqlamasına görə, ölkə Konstitusiyasına qarşı çıxış edən terror təşkilatlarının maliyyə baxımından sponsoru Araik Əmurxanyanın özüymüş. Onun şirkətlərində aparılan araşdırmalar zamanı bəlli olub ki, 17 tender layihəsindən 15 milyon 600 min qrin pul mənimsənilib. Ukraynanın “Antimopoliya Komitəsi”nin hazırladığı hesabat əsasında Araik Əmurxanyan həbs olunub.

    Ukraynada “5-ci kolon”nun himayədarları

    Ukraynanın Zaporojye bölgəsindəki Artaşes və Xoren Sərkisyan qardaşlarının himayə etdiyi erməni kriminal qruplaşması, “Ziroyan” və “Metsoyan” qruplaşmaları, Kamo Səfəryan, Rafel Bağdasaryan, Rudolf Ohanov, Vladimir Ohanov, Araik Arakelyan, Arutyun Rostomyan, Ayk Arakelyan, Vardkes Aslanyan, Tiqran Asatryan, Vaçiqan Petrosov, Rafis Qablaslyamov, Marspetuni Petrosyan, Robert Sərkisyan, Nihal Barseqyan, Andranik Soqoyan, Albert İsoyan, Eduard Asatryan, Norik Kalçyan, Serj Cilalyan, Gevork Melikyan, Mais Karapetyan, Arman Caninyan, Rafik Xoseyan və digər erməni cinayətkarları kriminal aləmdə uzun illər hökm sürüblər. Onlar eyni zamanda Ukraynanın iqtisadi, maliyyə və biznes sektorunu talan etmək hədəflərini irəli sürüblər. Onlar qara bazarda silah, narkotika, insan orqanlarının transplatasiyası kimi sahələrdə xüsusi çəkiyə malik olublar. Erməni kriminal qruplaşmaları Ukraynanı əbəs yerə seçməmişdilər. Ukrayna üzərindən Şərqi Avropa ölkələrində kirli biznes sahəsinə nəzarət onların əsas gəlir mənbəyi demək idi.

    Ukraynada davamlı olaraq hakimiyyət çevrilişlərinin baş verməsində erməni kriminal qruplaşmaları xüsusi şəkildə fəallıq göstəriblər. Çünki, ölkədə xaosun baş verməsi həm də onların “bulanıq suda balıq ovlamaq” hədəfləridaha çox gəlir əldə etmək idi. Ukrynanın Şərqi Avropada ən kasıb dövlətlərindən biri olmasının səbəbləri məhz bu faktorla bağlıdır.

    Ukraynada Vladimir Zelenski və komandasının hakimiyyətə gəlməsi Şərqi Avropada köklü problemlərin həlli deməkdir. İlk öncə kriminal qruplaşmaların hakimiyyətə təsir imkanlarının aradan qaldırılması, bölgənin iqtisadi, siyasi, ictimai və digər sahələrdə uğurlar əldə etməsi üçün ciddi addımlar atılır. Ukryananın yeni hakimiyyəti kriminal strukturlara malik şirkətlərlə bağlı xüsusi raportlar hazırlamışdır. Bu fakta əsasən ermənilərin kriminal şəbəkələrinə bağlı şirkətlərin üzünə bütün qapılar bağlanılıb. Ukraynada ermənilərə məxsus kriminal çetelərin kütləvi şəkildə həbsinin mənası da budur.

    Ə. Yusifoğlu, Hurriyyet.org