Ukrayna Rusiya ilə 40-a yaxın müqaviləni ləğv edəcək

    9

    Ukrayna Rusiya ilə 40-a yaxın müqaviləni birtərəfli qaydada ləğv edəcək.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin yerli telekanala müsahibəsində bildirib.

    Onun sözlərinə görə, Kiyev artıq Moskva ilə 48 müqaviləni ləğv edib: "Bir müddət əvvəl Rusiya ilə Ukrayna arasında 375 müqavilə olub. 1992-ci ildə Rusiya ilə qurulan diplomatik münasibətlərin kəsilməsini müdafiə edirəm. Hesab edirəm ki, Rusiya Federasiyası ilə diplomatik münasibətlər bizə lazım deyil. Müharibəyə qədər mövcud olmuş münasibətlərin heç bir mənası yoxdur".

    P.Klimkin deyib ki, rəsmi Kiyev Rusiya ilə Ukrayna arasında "Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında" müqaviləni uzatmayacaq: "Prezident Petro Poroşenko məsələ ilə bağlı uyğun sərəncam imzalayıb. Bununla bağlı nota BMT-nin Baş katibi Antoniu Quttereşə təqdim olunub. 2019-cu il martın 31-dən iki dövlət arasında bağlanmış bu müqavilə qüvvədən düşəcək".