Ukrayna jurnalist Arkadi Babçenkonun “qətlinin sifarişçisini” həbs edib

    6

    Ukrayna məhkəməsi Kremlin tənqidçisi kimi tanınan jurnalist Arkadi Babçenkonun qətlini sirafiş verməkdə şübhəli bilinən biznesmeni həbs edib.

    Boris German Arkadi Babçenkonun qətli üçün muzdlu qatilə 15,000 min dollar verməkdə ittiham edilir.

    Boris German deyib ki, jurnalisti öldürmək niyyətində olmayıb və təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq edib.

    Arkady Babchenko

    Ukrayna təhlükəsizlik qüvvələri həftənin ikinci günü Babçenkonun ölümünü səhnələşdirib. Qurum bəyan edib ki, bununla Rusiya tərəfindən verilən sui-qəsd safarişinin qarşısını almağa çalışıb.

    Ölümün səhnələşdirilməsində donuz qanından və makiyajdan istifadə olunub /BBC/