Ukrayna uğrunda savaş qızışır

120

Rusiya BMT-nin Krımı tərk etməklə bağlı qətnaməsinə əməl edəcək?

Son günlərdə İsrailin Türkiyəyə yaxınlaşmasının əlamətlərini görə bilirik. Ukrayna isə ABŞ-və Avropanın ona sözdə dəstək verdiyini anladığı üçün Türkiyənin yanında yer almaqdadır

Coğrafi olaraq Avropada yerləşən Ukraynanın güclü olması Türkiyə, Azərbaycan, İsrail dairəsində effektiv ittifaqa qoşulması ilə ola bilər. Bu dairədə effektiv tərəfdaş kimi Ukraynanın ərazilərini qaytarması, güclənməsi Azərbaycan üçün də əhəmiyyətlidir

III YAZI

İki gün əvvəl – 8 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatı (BMT) Assambleyası Rusiyanın hərbi qüvvələrini Krımdan ən qısa müddətdə çıxarmasını və Ukrayna ərazisini müvəqqəti işğalına son qoymasını nəzərdə tutan qərar qəbul etdi. BMT assambleyasında səsə qoyulan qərar 193 üzvdən 17 nəfəri əleyhinə və 63 nəfəri lehinə olmaqla qəbul edildi. 62 üzv isə fikir bəyan etməkdə imtina etdi, yəni bitərəf qaldı. Krım və Sevastapol şəhərinin Rusiya tərəfindən işğalını pisləyən qərarda “ilhaq tanınmadı” və Krımın zorakılıqla ələ keçirilməsinin qanunsuz və beynəlxalq hüquqa zidd olduğu vurğulandı.

(Əvvəli ötən saylarımızda)

“Xabad” Hərəkatı, Tövratın sirlərini intellektual yolla dərk edərək, Uca Allaha xidmət etməyə, Tövrat qanunlarının yerinə yetirilməsinə çağırdı. “Xabad” hərəkatının mərkəzində duran xasidlik təriqətini təmsil edən bütün yəhudilər ömürlərində ən azı bir dəfə Tsadik Naxmanın qəbrini ziyarət etməyi özlərinə borc bilirlər. Həm də inanırlar ki, yeni ili (Rosh Hashanah) onun məzarı yanında qeyd etsələr, gələn il onlar üçün çox xoşbəxt keçəcək. Umana uşaqları ilə birlikdə bütün icmalar kimi gəlirlər. Bəzi xasidlər ziyarətə ömründə bir neçə dəfə, bəziləri hər il gəlir. Ukraynaya səyahət etmək imkanı olmayan yəhudilər xeyriyyə işləri ilə məşğul olan İsrailin xüsusi strukturlarına kömək üçün müraciət edirlər. Cəmiyyətin səyahət xərclərini ödəyirlər, onlara ərzaq və Umanda ev kirayələmək üçün vəsait verirlər. Hətta bu ilin avqustunda ziyarətçilər ilə bağlı münaqişə də yaranmışdı. Umana ikinci Yerusəlim kimi baxırlar.

Dövriyyədə olan layihə Yeni Xazariya layihəsidir. İnternetdə bu barədə kifayət qədər məlumat tapmaq olar. Əgər biz məsələyə bu layihədən baxsaq, Ukraynanın ərazi bütövlüyü bərpa olunmasa, Rusiyanın həyata keçirməyə çalışdığı variant qazanacaq, Ukraynadan qoparılmış ərazilər bu layihə daxilində, Rusiyanın bayrağı altında baş tutacaq.

Rusiyanın Qazaxıstanla sərhəd ərazilərə iddia etməsi də Sankt-Peterburqun mərkəzi olduğu Xazariya layihəsi ilə bağlıdır və bu versiya rus bayrağı altında alına bilər. Ukrayna itirdiyi əraziləri geri qaytara bilsə, Kiyevin mərkəz olduğu Xazariya layihəsi alınacaq. Bu da İsrailin üstünlük verəcəyi variantdır.

Son günlərdə İsrailin Türkiyəyə yaxınlaşmasının əlamətlərini görə bilirik. Ukrayna isə ABŞ-və Avropanın ona sözdə dəstək verdiyini anladığı üçün Türkiyənin yanında yer almaqdadır. Hətta hərbi əməkdaşlığa dair müqavilə də imzalandı. İsrail isə aktivləşdi.

Yəqin ki, pərdəarxasında İngiltərəni də qeyd etmək gərəkdir. Zelenskinin hərbi səviyyəni ayağa qaldırmaq üçün İngiltərəyə səfərini xatırlamaq yaxşı olar. Zatən, Londonun zəif Rusiyanı tərcih etdiyinin siqnalları çoxdan göründü.

Türkiyə prezidentinin son günlərdə Krımın köklü əhalisi olan tatarların yarımadaya qayıtmasını səsləndirməsi də yerində və tam məqamında edilmiş tələbdir ki, həqiqətən də belədir. Ərdoğan bu gedişlə Türkiyənin Avropada ikinci “türk nöqtəsi” yaratmaqla həm ölkəsinin maraqlarını ifadə edir, həm də tarixi ədalətin bərpa edilməsinin gərəkdiyini dilə gətirir. Hələ Petro Poroşenko zamanından Ukrayna Türkiyə ilə mümkün olan bütün sahələrdə əməkdaşlıq etmək istəyirdi. Rusiya ilə böyük ortaq layihələrin olmasına rəğmən, Ukrayna ilə əməkdaşlığın bütün sahələrində irəriləyiş əldə etmək hesablarını Ankara diqqətə alırdı.

Ukrayna böyük bazardır, Türkiyə şirkətləri üçün bu bazarda böyük imkanlar var və Krım Ukrayna qədər Türkiyə üçün də qırmızı çizgidir. Odur ki, Ankara yarımadanın Rusiyaya “məxsusluğunu” heç zaman qəbul etməyəcək. Bunu Türkiyə rəsmiləri dəfələrlə təkrarlayıb. Çünki ortada hər iki dövləti dərin tellərlə bağlayan Krım türkləri amili var. Avropanın Türkiyəni NATO-nun əvəzedilməz ölkəsi olduğunu anlaması, bu xətt üzrə hərəkət etməsi təsadüf deyil.

Türkiyə Ukraynaya Rusiyanın Ermənistana verdiyi hərbi-texniki dəstək kimi dəstək verə bilər. Yəqin ki, Türkiyənin yeni texnologiyalarla yeni tip hərbi texnika və PUA-ların Ukrayna ilə birgə istehsalı da Ukraynanın ərazi bütövlüyünü təmin etməsində lazım olan rolu oynayacaq. Əlbəttə, bütün bunlar Türkiyənin Rusiya ilə üz-üzə gəlməsinə gətirməməlidir. ABŞ və AB ölkələrinin aqressiv bəyanatlarına, Türkiyənin hərbi qüdrətinin artmasından doğan qıcıqlı ritorikaya baxsaq, onların Ukrayna üzərindən Türkiyə-Rusiya qarşıdurması yaranmasını “arzuladıqlarını” ehtimal edə bilərik. Sözsüz ki, Ankara hər addımını diqqətlə hesablayır və güman ki, 69 illik tarixi olan rus-türk müharibələrinə rəvac verməyəcək, düşməni sevindirməyəcək.

Ərdoğanın Krıma türklərin qaytarılmasının gərəkdiyini səsləndirməsi də onun Ukraynanın projesinin tərəfində olmasının siqnalı kimi qəbul edilə bilər. Bəlkə də son günlərdə müşahidə olunan Türkiyə, Azərbaycan, Ukrayna, İsrail əməkdaşlığının mərkəzində duran məsələlərdən biri də budur. Rusiyanın projesi fiaskoya uğrayarsa, Azərbaycanın güclənəcəyi şəksizdir.

Hadisələr bu yöndə inkişaf etsə, Azərbaycan Dəmirqapı Dərbəndi də qaytarmağı nəzərdən keçirməlidir ki, bu da tarixi ədalətin bərpası olar. Bu, həmin bölgə üçün də inkişaf amili ola bilər. ABŞ-ın sözdə və arxa planda Ukraynaya yardımı da Vaşinqtonun Ukraynanın layihəsinin tərəfində olduğuna dəlalət edir.

Sonda onu da vurğulayaq ki, Ukraynanın ərazi suverenliyini bərpa etməsi onu Avropada vacib ölkəyə çevirəcək. Üstəlik, doğru müttəfiqlər, döğru əlaqə və münasibətlər seçməsi onu inkişafa doğru istiqamətləndirə və güclü dövlətə çevirə bilər. Bunun üçün Kiyev hərbi güc toplamalı, suverenliyini bərpa etmək üçün döyüşə hazır olduğunu da göstərməlidir. Həmçinin gərəkli islahatlar ilə ölkəni ondan qopmaq istəyən bölgələr üçün cazibədar hala gəlməlidir. Coğrafi olaraq Avropada yerləşən Ukraynanın güclü olması Türkiyə, Azərbaycan, İsrail dairəsində effektiv ittifaqa qoşulması ilə ola bilər. Bu dairədə effektiv tərəfdaş kimi Ukraynanın ərazilərini qaytarması, güclənməsi Azərbaycan üçün də əhəmiyyətlidir.

 

Ülviyyə ŞÜKÜROVA