Ukrayna Türkiyədən 48 ədəd silahlı PUA almaq niyyətindədir. Serbiya da türk dronu almaq istəyir

87

Hurriyyet.org xəbər verir ki, Ukrayna Türkiyədən 48 ədəd “Bayraktar TB2” Silahlı Pilotsuz Uçuş Aparatı satın almaq istədiyini bildirib.  Ukraynanın “Levı Bereq” nəşrinin yazdığına görə,  ölkənin silah idxalı və ixracı ilə məşğul olan “Ukrspeçeksport”un baş direktoru Vadsim Nodzri Ukrayna Silahlı Qüvvələrinin Türkiyədən 48 ədəd “BayraktarTB2” silahlı dronunu satın almaq istədiyini açıqlayıb. Yazıda Ukraynanın 12 ədəd silahlı dron nəzarət stansiyası qurmağı və hər stansiyada 4 ədəd silahlı PUA yerləşdirməyi planlaşdırdığı bildirilir.

Serbiya Prezidenti Aleksandr Vuçiç də Türkiyədən Pilotsuz Uçuş Aparatları satın almaq məsələsi ilə yaxından maraqlandıqlarını bildirərək deyib: “Türkiyə tərəfi ilə razılaşıb-razılaşmayacağımızı görəcəyik. Nə olursa-olsun, burada haqqında danışılan dronlar çox yaxşıdırlar. Türkiyə istehsalçılarının uğuru danılmazdır”.

Xəbər verdiyimiz kimi, “Forbes” jurnalı yaxın gələcəkdə Türkiyə Silahlı Qüvvələrinin ixtiyarına veriləcək “Akıncı”, “Aksunqur” və “Alqapu” avadanlıqlarından bəhs edərək yazıb: “Türkiyənin düşmənləri çətin günlər yaşayacaq”.