Ukrayna Qara dənizdə iki hərbi-dəniz bazası tikəcək

111

Ukrayna Qara dənizdə iki hərbi-dəniz bazasının inşasına başlayır. TASS agentliyi yazır ki, ölkə prezidenti Vladimir Zelenskinin sözlərinə görə, yeni qurğular Qara dəniz bölgəsinin qorunmasına xidmət edəcək.

Həmçinin, Ukraynanın İngiltərə, ABŞ və Türkiyə ilə əməkdaşlığı genişləndirmək planları var. Məsələn Ankara ilə Kiyev pilotsuz təyyarələr və mühərrikləri, həm də hava hücumundan müdafiə sistemini inkişaf etdirməyi planlaşdırır.

Xatırladaq ki, əvvəllər “Ukroboronprom” Türkiyənin “Baykar Defence” ilə ortaq müəssisə yaratdığını elan etmişdi. Bu müəssisə “Akinci” hücum dronunun yaradılması ilə məşğul olacaq.

Bundan başqa, Zelenski Ukrayna Dəniz Donanmasının inkişafından bəhs edib: ”Getman Saqaydaçni” donanması modernləşdirilir, “Kentavr” desant katerilərinin hazırlanması və “Neptun” gəmi əleyhinə raket daşıyan hərbi katerin işə salınması prosesi aparılır.

Ülviyyə Şükürova