Poroşenko: “İnanılmaz ifa idi“

    9

    Ukrayna prezidenti Petro Poroşenko Ukraynanın Eurovision- 2016 mahnı müsabiqəsində qalib gəlməsini alqışlayıb.
    “İnanılmaz ifa“ deyə cənab Poroşenko bütün ölkə adından Camaləni Twitterdə təbrik edib.
    Onun krım tatarlarının deportasiyasına aid 1944 mahnısı 2014-cü ildə Krımı özünə birləşdirən Rusiyada bir çoxunu qəzəbləndirib. Bir sıra rusiyalı siyasətçi və şərhçi müsabiqənin nəticəsini ölkəyə qarşı ədavət adlandıraraq tənqid edib.
    Onun mahnısı İsveç paytaxtı Stokholm şəhərində keçirilən yarışmada 534 bal toplayaraq birinci olub. Avstraliya 511 balla ikinci, Rusiya isə 491 balla üçüncü yerdə qərarlaşıb. Azərbaycanı yarışmada təmsil edən Səmra finalda Miracle mahnısı ilə çıxış edib. Onun mahnısı 117 balla 17-ci yeri tutub.

    Hazırkı mahnı yarışması 2011-ci ildən bəri ən çox iştirakçının qatıldığı müsabiqədir(bbc).