Ukrayna mətbuatı: “Ermənilər Dağlıq Qarabağı itirdi”

105

“80-ci illərin taktikası ilə vuruşan ermənilər 21-ci əsrin silahlarına malik Azərbaycan ordusunun qarşısında dura bilməzlər”

Hurriyyet.org xəbər verir ki, Ukrayna mediası işğalçı Ermənistan qüvvələrinin Azərbaycan ordusu qarşısında pərişan olduqlarını və Dağlıq Qarabağ ərazisini itirməyə başladıqlarını bildirib.

Xəbərdə Azərbaycanın Qarabağda ardıcıl qələbələr qazandığı və üstünlüyü ələ keçirdiyi bildirilir: “Uzun sürən döyüşlərin ardından Ermənistan artıq qaçılmaz olaraq Dağlıq Qarabağ bölgəsini əlində saxlaya bilmir”.

Azərbaycan qüvvələrinin erməni cəbhələrini yarmağa başladığı, Ermənistan qüvvələrinin müasir hərbi təchizata malik Azərbaycan ordusunu yenməsinin mümkün olmadığı qeyd edilir: “Erməni əsgərlərinin döyüş motivasiyası olsa belə, 80-ci illərin taktikaları ilə döyüşən ordu 21-ci əsrin silahlarından istifadə edən orduya qalib gələ bilməz”. “Qarabağdakı strateji vəziyyət tamamilə dəyişib. Əgər Azərbaycan ordusunun əməluyyatları bu şəkildə davam edərsə, döyüşlər qısa müddət ərzində Laçın və Şuşaya qədər uzanacaq. Azərbaycan qüvvələrinin Laçın və Şuşaya yaxınlaşması belə erməni qüvvələrini bu bölgədən köçməyə məcbur edəcəkdir”.