Ukrayna istədi, İran rədd cavabı verdi

27

İran vurduğu Ukrayna təyyarəsinin qara qutusunu Fransaya verəcək?

Hurriyyet.org xəbər verir ki, İranda 8 yanvar tarixində raketlə vurulan və 176 nəfərin həlak olduğu sərnişin təyyarəsi ilə bağlı böhran dərinləşməkdədir. Tehranın təyyarənin qara qutusunu Ukraynaya verməkdən imtina elədiyi iddia olunur.

“Ukrinform” agentliyinin “Al Arabiya” kanalına, kanalın da öz növbəsində İran mətbuatına istinad elədiyi xəbərdə deyilir: “Ukrayna tərəfinin İranın Ukrayna təyyarəsinin qara qutusu ulə bağlı təklifinin cavabını gecikdirməsinə cavab olaraq, İran hakimiyyəti qara qutunu başqa ölkəyə, çox güman ki, Fransaya göndərməyi qərara alıb”.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Ukrayna XİN Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsinin İranda vurulması ilə bağlı istintaqın nəticə verməyəcəyi təqdirdə Beynəlxalq Məhkəməyə müraciət edə biləcəyini açıqlamışdı.

İranın Beynəlxalq Mülki Aviasiya Təşkilatındakı nümayəndəsi hələ bu ilin mart ayında qara qutunu analiz edilməsi üçün Ukraynaya verməyə razı olduqlarını bildirmişdi.

2020-ci il yanvarın 8-də Ukrayna Hava Yollarına məxsus Boinq 737-800 markalı sərnişin təyyarəsinin raketlə vurulması nəticəsində 176 nəfər həlak olmuşdu. Həlak olanların 11-i Ukrayna, 82-si İran, 63-ü Kanada, 10-u İsveç, 4-ü Əfqanıstan, 3-ü Almaniya, 2 İngiltrərə vətəndaşı olub.

İran tərəfi Ukrayna Hava Yollarının təyyarəsinin səhvən vurulduğunu etiraf edərək üzr istəmişdi.

Hurriyyet.org