“UKRAYNA HAZIRDIR…”- Zelenskidən Putinə 3 təklif

1611

Ukrayna prezidenti Vladimir Zelenski rus həmkarı Vladimir Putinlə Paris razılaşmalarının ildönümündə açıqqlama yaydı: “Ukrayna, Rusiya prezidenti Vladimir Putinlə Paris razılaşmalarının həyata keçirilməsində növbəti üç addıma hazırdır”. Mətn Ukrayna Prezidenti Aparatının (OP) rəsmi saytında dərc edilmişdir. Zelenski, Ukraynanın Donbasdakı müharibəni bitirməkdə maraqlı olduğunu və konkret addımlara hazır olduğunu söylədi və onun sözlərinə görə, təəssüf ki, Normandiya sammitində Putinlə əldə ollunmuş razılaşmalar tam yerinə yetirilməyib. Zelenski bildirib ki, Donbasda cəbhə bölgəsindəki qoşunların geri çəkilməsinin, cəbhə bölgəsinin minalardan təmizlənməsinin və hərbi əsirlərin mübadiləsinin yen mərhələsi irəlidədir. “Sülhün yolu həmişə tikanlıdır. Ancaq bu, hər iki tərəfin keçməli olduğu yoldur” Zelenski ifadə edib. O açıq şəkildə söyəyib ki, Rusiya Putinin bir il əvvəl Parisdəki sammitdə şəxsən imzaladığı müqavilələri inadla pozur. Ukrayna prezidenti xatırladıb ki, Paris sazişi sayəsində Donbasda böyük barışıq əldə etmək və müharibə qurbanlarının sayını azaltmaq mümkün olub. Prezident həmçinin vurğulayıb ki, bunun üzərində dayanmaq olmaz.

Tərcümə etdi: Ülviyyə Şükürova