Ukraynada 25-ə yaxın azərbaycanlı yoxa çıxıb

    18

    Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət CavadovAPA-ya bildirib ki, məsələ ilə bağlı ölkədə yaşayan azərbaycanlılar adından Ukrayna Təhlükəsizlik Xidmətinə (UTX), Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə müraciət olunub: “Bu məsələ burada yaşayan azərbaycanlıları ciddi narahat edir. İnsanlarımız oğurlanır, naməlum formada itkin düşürlər. Bununla bağlı UTX-nin diaspor üzrə müvafiq şöbəsində bizimlə görüş də keçiriblər. Əmin ediblər ki, bu arzuolunmaz halın qarşısı alınacaq. Bu həftə səfirliyimizdə məsələ ilə bağlı görüşümüz də olacaq. Biz Azərbaycan icması olaraq, bu məsələdə də sona qədər iradəmizi ortaya qoyub oğurlanan və itkin düşən azərbaycanlıların tapılmasına nail olacağıq”. (APA)