UEFA Millətlər Liqasının qalibinin müəyyənləşəcəyi final mərhələsinin püşkü atılıb.
Hurriyyet.org xəbər verir ki, A liqasının qrup qaliblərinin qatıldığı “Dördlər finalı”nın yarımfinalında İngiltərə – Hollandiya və Portuqaliya – İsveçrə cütləri mübarizə aparacaq.
Final mərhələsinin oyunları Portuqaliyada keçiriləcək. 2019-cu il iyunun 5-6-da yarımfinal, iyunun 9-da isə final və 3-cü yer uğrunda görüşlər olacaq.
Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında yer aldığı D liqasının 3-cü qrupunda 2-ci yeri tutub və pley-offa vəsiqə qazana bilməyib./report/