UEFA millimizin oyununa təyin etdiyi erməni hakim-inspektoru dəyişdi

5

Millətlər Liqasının Monteneqro – Azərbaycan matçının hakim-inspektoru dəyişdirilib. Qol.az xəbər verir ki, sabah C liqasında keçiriləcək görüşdə bu vəzifəni avstriyalı Stefan Messner yerinə yetirəcək.

Daha öncə UEFA oyuna hakim-inspektor kimi erməni əsilli, fransalı Paskal Qaribyanı təyin etmişdi. Lakin Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda baş verənlərə görə o, Stefanla əvəzlənib. Bundan əvvəl Lüksemburq – Kipr matçına təyinat alan Messnerlə Monteneqro – Azərbaycan görüşündə iştirak etməli olan Qaribyanın yerləri dəyişdirib.

Qeyd edək ki, bu gün Podqoritsadakı “Qradski” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.