UEFA Millətlər Liqasında yeni mövsüm başlayır

66

Bu gün UEFA Millətlər Liqasında 2020/2021 mövsümünə start veriləcək.

“Report” xəbər verir ki, Avropada yığma komandaların oyunları uzun fasilədən sonra bərpa ediləcək. Turnirin matçları koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçiriləcək.

İlk oyun günündə A,B,C və D liqalarında 10 qarşılaşma gerçəkləşəcək.

A Liqasının iddialı komandalarından Almaniya və İspaniya ilk turda üz-üzə gələcəklər. Bu gün Türkiyə yığması da Millətlər Liqasında ilk matçına çıxacaq. Şenol Güneşin baş məşqçi olduğu kollektiv doğma meydanda Macarıstanın müqavimətini qırmağa çalışacaq.

3 sentyabr

UEFA Millətlər Liqası
I tur
A Liqası

4-cü qrup
22:45. Almaniya – İspaniya
22:45. Ukrayna – İsveçrə

B Liqası

3-cü qrup
22:45. Rusiya – Serbiya
22:45. Türkiyə – Macarıstan

4-cü qrup
22:45. Bolqarıstan – İrlandiya
22:45. Finlandiya – Uels

C Liqası
3-cü qrup
22:45. Moldova – Kosovo
22:45. Sloveniya – Yunanıstan

D Liqası
1-ci qrup
22:45. Farer adaları – Malta
22:45. Latviya – Andorra

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında yeni mövsümə sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı oyunla start verəcək.

musavat.com