Ucarda iki avtomobil toqquşdu: yaralılar var

    9

    Ucarda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hurriyyet.org xəbər verir ki, VAZ-2107 və VAZ-21015 markalı minik avtomobillərinin toqquşması nəticəsində Ucar rayonun Qarabörk kənd sakini, 1989-cı il təvəllüdlü Orxan Tural oğlu Həmidov və Bağman kənd sakini, 1992-cı il təvəllüdlü Tural Eldəniz oğlu İsmayılov müxtəlif xəsarətlər alıblar.

    Onlar Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

    Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır./apa/