Ucarda iki avtomobil toqquşdu: yaralananlar var – FOTOLAR

    27

    Ucar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında

    şəhərin Azərbaycan küçəsində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Namiq Sabir oğlu Əliyevin idarə etdiyi "Nissan" markalı minik avtomobili ilə Rasif Ağamirzə oğlu Seyidovun idarə etdiyi "VAZ-2106" markalı avtomovil toqquşub. Nəticədə sürücü N. Əliyevin anası, 1948-ci il təvəllüdlü Əsmaya İslam qızı Qasımova, qızları, 2008-ci il təvəllüdlü Fəxri Əliyeva və 2012-ci il təvəllüdlü Şəxri Əliyeva müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.