Ucarda qardaşlar evdən 2 min manatlıq qızıl saat oğurlayıb

300

Ucar rayonunda evdə oğurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 7-də rayon ərazisindəki evlərin birindən 350 manat pul və 1 500 manat dəyərində qızıl saat oğurlamaqda şübhəli bilinən Xıllı qəsəbə sakini C.Bağırov və qardaşı F.Bağırov saxlanılıb.