Ucarda ölümlə nəticələnən qəza

126

Yük və minik maşınları toqquşdu: ata öldü, oğlu ağır yaralandı

Ucarda ölümlə nəticələnən qəza baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Pirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Göyçay rayon sakini, 1956-cı il təvəllüdlü Mübariz İbrahim oğlu Rəhimovun idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə Türkiyə vətəndaşı, 1982-ci il təvəllüdlü Gülsoy Serkanın idarə etdiyi yük maşını toqquşub. Nəticədə sürücü M. Rəhimov aldığı ağır xəsarətlərdən ölüb. Maşında sərnişin qismində olan oğlu, 1984-ci il təvəllüdlü Elvin Rəhimov müxtəlif  xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.